Menu

Yevlaxda iki qardaş mağazadan oğurluq edib

05.10.2019, 15:47
Yevlaxda iki qardaş mağazadan oğurluq edib

Yevlax rayonunda iki qardaş mağazadan oğurluq edib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 4-nə keçən gecə mağazalardan birindən 400 manat pul, 2 ədəd mobil telefon, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən rayon sakinləri S.Olamadze və qardaşı saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol