Türkiyə Avropa ölkələrindən İŞİD terrorçu qruplaşmasına qoşulmaq istəyənlərin qarşısını ala bilər. musavat.com-un Türkiyə informasiya qaynağına istinadən verdiyi məlumata görə, bunu xarici işlər naziri Mövlud Çavuşoglu deyib.
XİN başçısı bildirib ki, Ankaranın əlində Suriya və İraqa keçərək qruplaşmaya qoşulmağa çalışan 6 min nəfərin siyahısı var. Onun sözlərinə görə, artıq min nəfərə yaxın əcnəbi saxlanılaraq öz ölkələrinə geri göndərilib. Nazirin fikrincə, bu prosesi tamamilə dayandırmaq olar, əgər başqa ölkələr Türkiyəyə ciddi kömək eləsələr.


Şərhlər