ABŞ Hərbi-Hava Qüvvələrinin döyüş təyyarələri ilk dəfə olaraq “İslam Dövləti” qruplaşmasının İraqın şimalında yerləşən təlim düşərgəsinə zərbə endirib. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlı məlumat yayıb.
“Ümumilikdə, “İslam Dövləti” qruplaşmasının Mosul şəhərinin şimal-şərqində yerləşən təlim düşərgəsinə endirilən zərbə nəticəsində bir döyüş maşını, silahlıların yerləşdiyi iki bina və çoxlu sayda terrorçu məhv edilib”, deyə məlumatda bildirilib. /APA


Şərhlər