Menu

Hesablama Palatası “ASAN xidmət”də yoxlama aparıb

07.10.2019, 15:48
Hesablama Palatası “ASAN xidmət”də yoxlama aparıb

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

“Report” quruma istinadən xəbər verir ki, iclasda aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunub:

- Təhsil Nazirliyinin 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair;

- Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") 2018-ci il illik maliyyə hesabatlarına dair.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Auditor Hesabatları barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının və Auditor hesabatının göndərilməsi, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

İclasda həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqram müzakirə olunaraq təsdiq edilib.

Şərhlər

dadaşyev 2019-10-07 15:48:03

Yoxlanılmalı olan bir nömrəli idarə Qaçqınkomdur.Həm də bittə-bittə,didik-didik yoxlanılmalıdır.Əksər qaçqınlara 10-15 levı kart verənlər və bu hesabla hər birisinə ayda bankomatlardan yağdan tük çəkən kimi ənazı 2000-3000 manat verilməklə on illərlə xəzinədən milyardlar süpürənlər kimlərdirsə üzə çıxarılmalıdır.Qanunsuz verilmiş kartlar geri alınmalıdır.Neft-qaz milyardları hamınındı,verilirsə hamıya verilsin hər ay müftə 2000-3000 manat.Yoxsa xalqın böyük qismi təbii ki belə ayrıseçkilikdən küsəcək.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol