Menu

“Ebola” üzrə tədqiqat qrupuna hücum nəticəsində 8 nəfər ölüb

19.09.2014, 09:18
“Ebola” üzrə tədqiqat qrupuna hücum nəticəsində 8 nəfər ölüb

Qvineyada “Ebola” xəstəliyi üzrə tədqiqat qrupuna hücum nəticəsində üçü jurnalist olmaqla, 8 nəfər ölüb.

Bu barədə hökumətin mətbuat-katibi bildirib.

Məlumata görə, tədqiqat qrupu ölkənin ucqar rayonlarında yerli əhaliyə “Ebola” xəstəliyinə yoluxmanın təhlükəsini izah edirmiş. “8 nəfərin meyiti kəndin ayaqyolunda aşkarlanıb. Onlardan 3-nün başı kəsilmiş olub”, deyə məlumatda bildirilir. /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol