Menu

Bakı-Quba yolunda evakuator "Mercedes"ə çırpılıb - Ölən var

07.10.2019, 22:50
Bakı-Quba yolunda evakuator "Mercedes"ə çırpılıb - Ölən var

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə yolun 20-ci kilometrliyində, Abşeron rayonu ərazisindən keçən hissəsində baş verib.

1990-cı il təvəllüdlü Həsənov Əlabbas Namiq oğlu idarə etdiyi 99 JL 085 dövlət nömrə nişanlı evakuatorla Bakı istiqamətində hərəkətdə olarkən 1981-ci il təvəllüdlü Məstəliyev Ruhid Vahid oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində "Mercedes"də olan sərnişin, 1999-cu il təvəllüdlü Bəşirov Hünər Camal oğlu xəsarətlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı araşdırma aparılır. (trend)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol