Menu

Hava limanı yolunda iki maşın toqquşub, 4 nəfər xəsarət alıb

07.10.2019, 23:46
Hava limanı yolunda iki maşın toqquşub, 4 nəfər xəsarət alıb

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində qeydə alınıb.

Belə ki, hava limanı avtomobil yolunda iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.

Yaralılar təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol