Menu

Bağdadda qanlı toqquşmalar davam edir – «Ərəb baharı» hələ bitməyib?...

08.10.2019, 00:00
Bağdadda qanlı toqquşmalar davam edir – «Ərəb baharı» hələ bitməyib?...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İraqın paytaxtı Bağdad şəhərində artıq 5 gündür ki, hökumətin istefasını tələb edənlərlə polis arasında toqquşmalar davam edir. Bu barədə «France info» telekanalı xəbər verib.

Kanalın xəbər verdiyi kimi, artq 100 nəfər alovlanan zorakılığın qurbanı olub, hakimiyyət isə görünməmiş ictimai təlatümün qarşısında islahatların aparılacağını elan edib.

Dünən axşama yaxın amansız toqquşmalar yenidən başlanıb. Beş gündür ki, şəhər sakinləri küçələrə tökülüb, hökumətin istefasını tələb edirlər. Onların sözlərinə görə, bu, korrupsiyalaşmış hakimiyyətdir və ölkəni sarmış işsizlik və yoxsuluq səbəbilə, məsuliyyət daşıyır. Sosial şəbəkələrdə «doğulmuş» hərəkat geri çəkilməyə hazırlaşmır. Ötən 4 gün ərzində 100 nəfər öldürülüb, 4 min nəfər isə yaralanıb.

«Etirazçıların əllərində İraqın dövlət bayrağından başqa heç nə yoxdur. Biz, fundamental hüquqlardan savayı heç nə istəmirik - iş yerləri, dövlət xidmətləri» - bağdadlı qadın bildirir.

Buna baxmayaraq, gün yaxşı başlayıb: komendant saatının ləğvindən sonra, dükanlar açılıb, toqquşmaların izləri aradan qaldırılır. Ancaq «Təhrir» meydanının ətrafı polisin ciddi nəzarəti altında qalır.

Belə görünməmiş sosial hərəkatdan sarsılmış parlament sədri tezliklə əhalinin ümidlərini doğruldacaqlarını vəd edib.

«Sabah parlament toplanacaq və onun komissiyaları işə başlayacaq. Biz, hökumət Şurasının təklif etdiyi islahatları təsdiqləmək üçün çox da gözləməyəcəyik – təkliflər parlamentin uyğun komissiyalarına veriləcək» - deyə, parlamentin sədri Mühəmməd Əl-Halbusi bəyan edib.

Onun sözləri etirazçıların küçələrə tökülməsinə səbəb olub. Nəticəsiz vədlər onları bezdirib, insanlar radikal fəaliyyət gözləyirlər. Təkliflərdən biri də 15 il ölkəyə rəhbərlik etmiş siyasətçinin vəzifədən kənarlaşdırılması ola bilər.

Maraqlıdır, «ərəb baharı» hələ davam edir?

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol