Menu

Türkiyədə ardıcıl üç zəlzələ baş verib

10.10.2019, 22:17
Türkiyədə ardıcıl üç zəlzələ baş verib

Türkiyədə 4 bal gücündə zəlzələ baş verib.

Report xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Yalova şəhərindən 3,71 kilometr məsafədə, yerli vaxtla saat 19:52-də qeydə alınan zəlzələ İstanbulda da hiss edilib.

Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.

Qandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu Yalovada yerli vaxtla saat 20:04 radələrində daha iki zəlzələnin baş verdiyini açıqlayıb. Belə ki, beş dəqiqə intervalla 3,2 və 3,0 maqnitudalı zəlzələ olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol