Menu

Bakıda qadını avtomobil vuraraq öldürüb

11.10.2019, 00:32
Bakıda qadını avtomobil vuraraq öldürüb

Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

APA xəbər verir ki, hadisə Bayıl qəsəbəsində baş vetib.

Belə ki, təxminən 40-45 yaşlı qadın (hələlik ad və soyadı bilinmir) yolu keçərkən onu minik avtomobili vurub. Qadın hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol