«AzPolitika.info»-nun Türkiyə mənbələrinə istinadla verdiyi xəbərə görə, qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu oktyabrın 10-da bəyan edib ki, Türkiyə silahlı qüvvələri (SQ) Suriyanın şimal-şərq ərazisində 30 kilometr dərinliyə qədər irəliləyəcək və orada «təhlükəsizlik zonası» yaradacaq.
«Birinci mərhələdə biz, uzunluğu 120 kilometr təşkil edəcək təhlükəsizlik zonası yaratmağı planlayırıq, sonra isə 400 kilometr uzunluğunda. Eni - 30 kimlometr ətrafında olacaq. Dərinliyi azaltmaq niyyətinə deyilik» - deyə, nazir Türkiyənin «NTV» telekanalının efirindən bildirib.
Bundan əvvəl, cümə axşamı Türkiyə Müdafiə Nazirliyi (MN) «Sülh bulağı» əməliyyatı çərçivəsində gün əzində terrorçulaın itkiləri barədə məlumat yayıb. Hərbi idarənin məlumatına görə, əməliyyat nəticəsində 174 terrorçu (son məlumata görə, onların sayı artıq 342 nəfərə çatıb - red.) məhv edilib.


Şərhlər