Menu

Masazırda "Moskviç" avtomobilini qaçıran şəxs saxlanılıb

12.10.2019, 12:44
Masazırda "Moskviç" avtomobilini qaçıran şəxs saxlanılıb

Oktyabrın 11-də Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət edən T. Paşayev avtomobilinin qaçırıldığı barədə məlumat verib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Abşeron RPİ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb, “Moskviç 412” markalı avtomobilin “Stansiya Sumqayıt” yeni yaşayış sahəsindən qaçırıldığı müəyyən edilib.

Abşeron RPİ və Zəngilan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən S. Əbilov Masazır qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.

Abşeron RPİ-də faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol