Menu

“Araz” mübarizəni dayandırıb

12.10.2019, 22:42
“Araz” mübarizəni dayandırıb

UEFA Çempionlar Liqasındakı təmsilçimiz “Araz” bu gün əsas mərhələdə son oyununu keçirib.

"Report" AFFA-ya istinadla xəbər verir ki, Belçikanın “De Bres Arena”sında Ukraynanın “Xerson” klubu ilə qarşılaşma rəqibin 8:3 hesablı qələbəsi ilə başa çatıb.

“Araz”ın heyətində İsa Atayev və Xətai Bağırov fərqlənib. Bir dəfə isə avtoqol qeydə alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol