Menu

Qubada qardaşının evindən oğurluq edən şəxs tutulub

15.10.2019, 00:39
Qubada qardaşının evindən oğurluq edən şəxs tutulub

 

Quba rayonu Səbətlər kənd sakini A.İsmayılov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus fərdi yaşayış evindən 1198 manat pulunun naməlum şəraitdə oğurlandığı barədə məlumat verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib. Peşəkarlıqla aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində pulların zərərçəkənin qardaşı, 20 yaşlı Taleh Qədirov tərəfindən oğurlandığı müəyyən edilib.

İlkin dindirilmə zamanı T.Qədirov törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı pullar isə maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Şərhlər

dadaşyev 2019-10-15 00:39:12

Belə oğurluqlarda qardaşarvadının qurduğu plan işləyir adətən.Yəni qaynını tutdurmaq istəyən gəlin özü pulu oğurlayır qayın evə qonaq gələndə,qayın yeyib içib gedəndən sonra gəlin şüvən salıb ərinə deyir ki,vaxseeey pulumuz getdi,adə şaxseeeey pulumuz getdi,kül mənim başıma.Qayını polis aparır,polisdə də ilkin dindirmə zamanı adamı az qala 37-ci ilin qatı əksinqilabçı trotskiçi-zinovyevçisi edirlər,cibinə nəşədən-marixuanadan zaddan,qoltuğuna Makarov tapançası,vəssalam,beləcə gedir əlli-ayaqlı bədbəxt.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol