Qoca Artur çox yorulmuşdu. Bir az dincəlməyə, idil həyat yaşamağa ehtiyacı var idi. Qoymadılar. Hakim sülaləyə sədaqəti, hakimiyyət ötürücülüyündə etibar qazanması onu növbəti beş ildə də Nazirlər Kabinetinin başçısı olmağa, daha doğrusu yaşının ahıl vaxtında ölgün və üzücü həyat yaşamağa məcbur etdi. Bu təyinat Azərbaycanda əsaslı dəyişikliklər gözləyənlərin bəkləntisini doğrultmadı. Sonrakı nazir təyinatları da gözə kül üfürmək kimi bir jestdir. Təbii ki, bir nazirin başqa bir nazirlə, bir ordu başçısının digəri ilə əvəzlənməsi uzun illərlə iqtisadi, siyasi mənəvi bataqlığa sürüklənnmiş bir toplumun həyatını əsaslı şəkildə dəyişə bilməz.
Dəyişikliklərin baş tutacağına və hansı yöndə olacağına işarət verən əsas amil ölkədə keçirilən prezident seçkiləri ilə müəyyənləşir. Hakim komananın bu sekilərdən 85,54 faiz “qələbə” ilə çıxması o demək idi ki, komanda tam heyətlə yerində qalacaq. Görüntü naminə edilən kadr dəyişikliklərindən cəmiyyətə verilən messaj isə “toplananların yerini dəyişməklə cəm dəyişməz” məsəli anlamına gəlməlidir.
Olsun ki, bu təyinatlar içərisində bacarığı, qabiliyyəti, peşəkarlığı baxımından özündən əvvəlki nazirlərdən fərqlənən insanlar peyda oldu. Amma bu hakimiyyətin demokratik dəyərlərə, insan hüquq və azadlıqlarına, qanunun aliliyi prinsipinə və ən başlıcası öz toplumuna qarşı olan aqressiv münasibəti dəyişilməyibsə, edilən hər hansı bir kadr dəyişikliyi yeniləşməyə stimul verə bilməz.
Sovet arxivşünaslıq məktəbini keçən Ə.Əhmədovun baş nazirin müavini vəzifəsi ilə mükafatlanması səsi-bəsi batmış, heç bir nazir üzərində söz haqqı olmayan Nazirlər Kabinetinin işini necə canlandıra bilər? Etiraz aksiyalarını dağıtmağın ən qəddar formasına yiyələnmiş Z.Həsənovun yeni müdafiə naziri təyinatı özündən əvvəlki nazirlə müqayisədə peşəkarlığı ilə deyil, ölkə başçısına daha sədaqətlə xidməti ilə seçilə bilər. Kim qarantiya verə bilər ki, peşəkarlığı şübhə doğurmayan S.Müslümovun yeni təyinatı ilə sosial müdafiə sahəsində illər öncə başladılan qatı rüşvətxorluq aradan qalxacaq.
Digər tərəfdən narazı elektoratın və beynəlxalq demokratik qüvvələrin istəklərinə cavab verməyən bu dəyişikliklər onu göstərir ki, ölkə başçısı yeni reformalar həyata keçirmək fikrindən uzaqdır və növbəti prezidentlik dönəmini də köhnə kurs üzrə davam etdirmək istəyir. Onun ətalət basmış nomenklatur ətrafı bu kadr dəyişikliklərini islahatlar kimi təqdim etsələr də, əslində bu cür dəyişiklərin qlobal dünyada baş verən gəlişmələrlə ziddiyyət təşkil etdiyi göz qabağındadır.
Qərbin demokratik qüvvələrinin Azərbaycandan gözlədiyi islahatlar bütövlükdə avtoritar idarə etmə sisteminin dəyişdirilməsi ilə bağlıdır ki, bu sahədə də heç bir yenilik yoxdur. Beynəlxalq təşkilatlar son seçki hesabatlarında əbəs yerə Azərbaycan hakimiyyətinin götürdüyü öhdəlikləri yerinə yetirməməsini, iqtisadi, siyasi sahədə islahatlar həyata keirmədiyini, mətbat üzərində basqıların davam etdiyini, siyasi məhbus probleminin gündəmdə qaldığını dilə gətirməyib.
Həqiqətən də Azərbaycanda böyük sosial-siyasi dəyişiklərə ciddi ehtiyac var və bu dəyişikləri həyata keçirmədikcə qərbə inteqrasiya sual altına düşəcək. Hakimiyyət bu dəyişiklərə hazır olduğunu elan etsə də bu sahədə praktiki addımlar atmaq istəmir və sovet idarəçiliyinə əsaslanan idarəetməmexanizmi ilə öz siyasətini davam etdirir. Hətta, iyirmi yaşında YAP-a daxil olan gənclərin bu gün qırx yaşı tamam olmasına baxmayaraq qocalmış namenklatura öz yerini onlara vermək istəmir və bir zamanlar yeni Azərbaycan qurmaq eşqi ilə YAP sıralarına daxil olan bu zavallı gənclərin dəyişilmələrlə bağlı arzusu gözündə qalıb.
Bir ağızdan Azərbaycanın regionda ən güclü dövlət olduğunu, hazırkı kursun analoqunun olmadığını bəyan edən rəsmilər unutmamalıdır ki, iyirmi faiz torpaq itkisi, sosial tarazlığın pozulması, ölkədə yaşanan kəskin qütbləşmə, iqtisadi azadlıqların boğulması, mətbat azadlığının təqib edilməsi, ölkəni dünyada biabır edən siyasi məhbus probleminin ortada olması anoloqu olmayan siyasətdən xəbər vermir.
Allahın nəsib etdiyi iqtisadi sərvətlə öyünmək iqtisadi qüdrətin ifadəsi deyil. Hansı iqtisadi qüdrətdən söhbət gedir ki,Bakı adlı paytaxt şəhərdə mərkəzləşən bu ölkənin əhalisinin əksəriyyəti işsiz, təminatsız və sosial gərginlik içindədir. İnkişaf təkcə yol çəkilişi, içində insan yaşmayan binaların ucalması ilə ölçülmür. İnkişah xalqın sosial rifah içində yaşması ilə ölçülməlidir.
Məgər mülki həyatda, hərbui hissələrdə baş verən intiharlar, iqtisadi zəmində gənc ailələrin dağılıması, beş manat üstə övladların öz yaxınlarını qətlə yetirməsi bu cəmiyyətin rifah halında deyil, sösial fəlakət halında yaşmasını göstərmitrm? Hanı bu qədər iqtisadi qüdrət içində yaşayan ölkənin onminlərlə fəflənin işlə təmin edildiyi zavod və fabriklər? Hanı dillərə sığmmayan o anoloqu olmayan siyasətin təsdiqi ki, kəndlərimizdə yaşayışını qura bilməyəm insanlar axışıb əcnəbi ölkələrə üz qoymasınlıar.
Yalan, saxta statistik rəqəmlərlə milləti aldatmaq yetər. Millət onun iqtisadi yaşayışına təminat verən sosial, siyasi haqlarının qorunduğu bir cəmiyyətdə yaşamaq istəyir. İyirmi ildən artıq zaman kəsimində bu təminatlara cavab verməyən hakimiyyət günün biri ayılmalı və ölkədə görüntü xatirinə deyil, hər kəsin həyatını əsaslı şəkildə dəyişə biləcək addımlar atmalıdır.

Şərhlər