“BU ŞPRİSLƏR VASİTƏSİLƏ ÖLKƏDƏ MÜXTƏLİF XƏSTƏLİKLƏRİ YAYA BİLƏRLƏR!” - Hökumətə çağırış
Tanınmış ekspertlər, həkimlər, ictimai təşkilatlar hökuməti mənşəyi bilinməyən şprislərin idxalını və satışını dərhal dayandırılmağa çağırdı
Azərbaycana gətirilən şprislərin mənşəyinin məlum olmaması, müvafiq laboratoriyalarda yoxlanılmadan satışa buraxılması və insanların sağlamlığını təhlükə altında qoymasına dair saytımızda dərc olunan yazılar geniş ictimai rezonans doğurub. Xüsusən Azərbaycan Standartlaşdırma İnstitutunun direktoru Namiq Tağıyevin ölkəyə kütləvi şəkildə gətirilən və demək olar ki, bütün apteklərdə satılan, əksər klinikalarda işlədilən şprislərin insanlara tibbi xidmətdə istifadəsinin yolverilməz olduğuna, inkişaf etmiş ölkələrdə belə şprislərin qadağan edildiyinə dair fikirləri ictimaiyyət arasında ciddi narahatçılığın yaranmasına səbəb olub.
Bəzi işbazların Çinin “yeraltı sexlərində” hazırlanmış şprisləri ucuz qiymətə (kiloqramı bir neçə qəpiyə) gətirərək ölkədə reallaşdırılmasını, bu sahəyə nəzarət etməli olan orqanların isə buna şərait yaratması hiddətlə qarşılanıb. “AzPolitika.info” saytına müraciət edən ictimaiyyət nümayəndələri, tibb işçiləri, sadə vətəndaşlar ölkə rəhbərliyi səviyyəsində məsələyə müdaxilə edilməsinin, mənşəyi məlum olmayan şprislərin Azərbaycana gətirilməsini qadağan edən mexanizmin yaradılmasının zəruri olduğunu bildirdilər.
Keyfiyyətsiz şprislər sinir və xərçəng xəstəliklərinin yayılmasına yol aça bilər
Qeyd edək ki, nə qədər qəribə də olsa, belə təhlükəli şprislərin Azərbaycanda satılmasına görə birbaşa məsuliyyət daşıyan orqanlar - Səhiyyə Nazirliyi və Gömrük Komitəsi hələ də məsələylə bağlı hər hansı açıqlama verməyib. Hər iki orqanın mətbuat xidmətlərinin telofonlarına cavab verən yoxdur. Səlahiyyətli şəxslər isə məsələnin onlarla bağlı olmadığını bildirərək, məsuliyyəti üzərilərindən atmağa çalışırlar.
Səhiyyə Nazirliyi və Gömrük Komitəsi onları himaye edir, yoxsa...?
Mətbuatda dəfələrlə həyacan təbili çalınmasına baxmayaraq, Gömrük Komitəsi keyfiyyətsiz və təhlükəli şprislərin ölkəyə idxalının qarşısını almaq istiqamətində hər hansı addım atmır. Hətta mətbuatda yazılanlara belə reaksiya verməyə ehtiyac duymur. Gömrük Komitəsinin məsələyə belə laqeyd yanaşması haqlı suallar doğurur. Komitənin məsul şəxsləri keyfiyyətsiz şprislərin idxalı ilə məşğul olanlardan qorxur, yoxsa ortada hansısa çirkli razılaşmalar var? Ümid edirik ki, heç olmasa bu suala cavab verəcəklər?
Səhiyyə Nazirliyinin bu məsələylə bağlı mövqeyi isə ümumiyyətlə anlaşılan deyil. Nazirlik nəinki keyfiyyətsiz və təhlükəli şprislərin ölkəyə idxalına “yaşıl işıq” yandırır, eləcə də onların dövlət tabeliyində olan xəstəxanalarda, polikilinikalarda istifadə olunmasında bilavasitə iştirak edir. Nazirlik tərəfindən keçirilən tenderlərdə keyfyyətli şprislərin deyil, belə təhlükəli şprislərin alınmasına üstünlük verilir.
Səhiyyə Nazirliyinin İdxal şöbəsinin müdiri Mahmud Paşayev yalnız şirkətlərin təqdim etdikləri sənədlərə əsaslanaraq qərar verdiklərini, idxal olunan şprisləri hələlik ekspertizadan keçirmək, onların beynəlxalq standartlara uyğunluğunu yoxlamaq imkanının olmadığını bildirsə də, nazirlik bu problemin həlli istiqamətində heç bir addım atmır. Sanki, Azərbaycan vətəndaşlarının keyfiyyətsiz və təhlükəli şprislərdən istifadəsinin Səhiyyə Nazirliyinə heç bir aidiyyatı yoxmuş kimi, SUSUR!
Azərbaycan Standartlaşdırma İnstitutunun rəhbərliyinin idxal olunan şprislərin böyük əksəriyyətinin insanlara tibbi xidmətdə yararsız olması, ölkədə təhlükəli xəstəliklərin yayılmasına səbəb ola biləcəyinə dair açıqlaması da Səhiyyə Nazirliyinin hər hansı şəkildə hərəkətə keçməsinə səbəb olmayıb. Bu da Səhiyyə Nazirliyinin məsul şəxslərinin təhlükəli şprisləri idxal edənlərlə hansısa formada “anlaşdığını” düşünməyə əsas verir. Hər halda nazirliyin bu məsələ ilə bağlı bir açıqlama verməsi lazımdır...
Baş Nazirin dəyişməsi ümidləri artırıb
İnsanlarımızın sağlamlığını təhlükə altında qoyan şprislərin Azərbaycana gətirilməsinin qarşısını almaq üçün indiyədək müvafiq standart qəbul etməyən Nazirlər Kabineti də susqunluq nümayiş etdirir. Düzdür, mətbuat xidmətinin rəhbəri zənglərimizə çox hörmətlə cavab verir. Ancaq 3-4 sualdan ibarət sorğumuza iki həftədən artıqdır ki, cavab verən tapılmır. Ya da nə cavab verəcəklərini bilmirlər...
Bəlkə də bu, sabiq Baş Nazir Novruz Məmmədovun fəaliyyətsizliyi ilə bağlı idi, bilmirik. Ancaq ümid edirik ki, əhalinin sağlamlığını təhdid edən keyfiyyətsiz və təhlükəli şprislərin idxalnın qarşısını almaq istiqamətində tədbirlərin görülməsi yeni Baş Nazir Əli Əsədovun ilk növbədə diqqət yetirəcəyi məsələlərdən biri olacaq.
Nazirlər Kabinətinin ölkəyə idxal edilən şprislərlə bağlı tələbləri artırması, yalnız beynəlxalq standartlara uyğun şprislərin idxalına icazə verilməsinə dair müafiq qərarları qəbul etməsi bu sahədəki özbaşnalığın, xaosun qarşısının alınmasında əhəmiyyətli rol oynaya bilər.
Nə yazıq ki, indiyədək Nazirlər Kabineti üzərinə düşən vəzifəni yerinə yetirməyərək, bu məsələyə laqeyd münasibət bəsləyib. Bu baxımdan yeni Baş Nazirdən gözləntilər böyükdür. Bu gözləntilərin özünü nə dərəcədə doğruldacağını isə zaman göstərəcək. Nazirlər Kabineti ölkəyə keyfiyyətsiz və təhlükəli şprislərin idxalnın qarşısını almaq üçün nəhayət ki, müafiq addımıar atacaq, yoxsa əvvəlki dövrlərdə olduğu kimi buna laqeyd yanşılacaq? Yəqin ki, bu sualın da cavabını yaxın zamanlarda alacağıq.
Şahin Mustafayev problemin həllilə bağlı geniş toplantı çağırıb
Qeyd edək ki, yuxarıda adları çəkilən qurumlardan fərqli olaraq, İqtisadiyyat Nazirliyi problemə ciddi yanaşıb. Problem mətbuatda işıqlandırıldıqdan dərhal sonra nazir Şahin Mustafayev məsələni öz nəzartinə götürüb. Nazirin şəxsən iştirakı ilə problemin müzakirə olunması üçün geniş toplantı çağırılıb.
“AzPolitika.info”nun əldə etdiyi məlumata görə, toplantıya İqtisadiyyat və Səhiyyə nazirliklərinin, Gömrük Komitəsinin, Azərbaycan Standartlaşdırma İnstitutunun, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, “Diamed Co” şpris istehsalı zavodunun rəhbər şəxsləri qatılıb. Eyni zamanda toplantıda “Avromed”, “Azərmed”, “Zeytun” kimi dərman vasitələrinin topdansatışı ilə məşğul olan şirkətlərin də məsul şəxsləri iştirak edib. Geniş müzakirələr aparılıb. Nazir Şahin Mustafayev ölkəyə əhalinin sağlamlığını təhlükədə qoyan keyfiyyətsiz və təhlükəli şprislərin idxalnın qarşısını alınması istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Bununla bağlı bütün tərəfləri öz üzərlərinə düşən vəzifələri yerinə yetirməyə çğırıb.
Elə İqtisadiyyat Nazirliyindən saytımıza verilən məlumatda da belə müzakirələrin aparıldığı təsdiqlənib.
Məlumatda qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılmış Pirallahı Sənaye Parkı əczaçılıq sənayesinin inkişafına, bu sahədə idxaldan asılılığın azaldılmasına, əhalinin dərman vasitələrinə və tibbi ləvazimata tələbatının yerli istehsal hesabına ödənilməsinə xidmət edir: “ Bu sahədə önəmli layihələrdən biri də bu ilin may ayında dövlət başçısının iştirakı ilə açılışı olmuş “Diamed Co” şpris zavodudur. Qeyd ed ki, şpris istehsalı zavoduna təşkilinə başlanılmasından etibarən müxtəlif və davamlı dövlət dəstəyi göstərilir. Belə ki, müəssisənin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondundan müvəkkil kredit təşkilatı vasitəsilə 7 il müddətinə 5 mln. manat güzəştli kredit verilib. Kreditin qaytarılma müddətinin ilk yarısı – 3,5 ili güzəştlidir. Layihədə Azərbaycan İnvestisiya Şirkəti 29%-lik paya malikdir. Müəssisə Pirallahı Sənaye Parkının rezidenti olmaqla, 7 illik güzəştli vergi və gömrük rejimindən faydalanır.
İldə 150 milyon ədəd müxtəlif tutumlu birdəfəlik şpris istehsal etmək gücündə olan müəssisə ölkənin daxili tələbatını keyfiyyətli məhsulla təmin etmək imkanına malikdir. Bununla belə, istehsalın həcmi 30%-dək artırıla bilər. Müasir texnologiyalara əsaslanan müəssisədə məhsul istehsalında Yaponiya və İsveçrə materiallarından istifadə olunur. Artıq müəssisə istehsal etdiyi yüksək keyfiyyətli və rəqabətqabiliyyətli birdəfəlik şprislərin satışına başlayıb.
İqtisadiyyat və Səhiyyə nazirliklərinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, “Diamed Co” şpris istehsalı zavodunun, dərman vasitələrinin topdansatışı ilə məşğul olan şirkətlərin iştirakı ilə şpris istehsalı zavodunun məhsullarının satışının genişləndirilməsinə əlavə dəstək tədbirləri müzakirə edilib.
Bu tədbirlərin tərkib hissəsi olaraq, tibbi şprislər üçün tələbləri nəzərdə tutan dövlət standartı artıq təsdiq edilib. Dövlət standartının təsdiq edilməsi xaricdən idxal olunan və ölkədə istehsal edilən tibbi şprislərin standartın tələblərinə uyğunluğuna nəzarətin təmin edilməsinə imkan yaradır. Bununla yanaşı, tibbi şprislərin dövlət qeydiyyatına alınmasını və idxalını tənzimləyən normativ hüquqi aktların layihələri hazırlanıb.
Eyni zamanda, tibbi şprislərin və onların istehsalında istifadə edilən materialların ekspertizası üçün müvafiq laboratoriyanın təşkili istiqamətində işlər görülür.
Topdansatışı şirkətləri yerli zavodun məhsulunu alacaqlarına söz veriblər, ancaq...
Qeyd edək ki, dərman vasitələrinin və şprislərin topdansatışı ilə məşğul olan şirkətlər hazırda “Diamed Co” şpris istehsalı zavodunun məhsullarının alınması üçün danışıqlar aparırlar və artıq bir sıra razılaşmalar əldə olunub. Misal üçün, “Avromed Company” QSC müəssisədən ilkin olaraq 6 milyon ədəd şpris alacaq. Bununla yanaşı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibbi sığorta layihələrində “Diamed Co” şpris istehsalı zavodunun məhsullarından istifadə etməyi nəzərdə tutur.
Bundan başqa, təşviq və marketinq tədbirləri genişləndiriləcək, topdansatışçıların şpris istehsalı zavoduna tanışlıq turu təşkil ediləcəkdir”.
Qeyd edək ki, ölkənin şpris bazarında isə dəyişən bir şey yoxdur. Belə ki, yenə əksər apteklərdə keyfiyyətsiz və təhlükəli şprislərin satışı davam edir, həm də klinikalar bu şprislərdən istifadəni davam etdirirlər. Bu isə təbii ki, ciddi narahatçılıq yaradır.
Verilən məlumatda “Avromed Company” QSC-nn müəssisədən ilkin olaraq 6 milyon ədəd şpris alacağı qeyd olunsa da, apteklərdə yalnız idxal olunan keyfiyyətsz şprislərin satılması, yerli zavodun məhsullarına rast gəlinməməsi bu problemin hələ də həll olunmadığını göstərir. Ciddi inzibati tədbirlər həyata keçirilməzsə, yəqin ki, heç vaxt da həll olunmayacaq. Çünki xaricdən keyfiyytsiz şprisləri çox ucuz qiymətə alaraq gətirən və buna görə böyük gəlir götürən şirkətlərin keyfiyyətli məhsul idxal edəcəyi və ya yerli zavodun məhsulunu almağa könüllü olaraq razılaşacağı inandırcı deyil...
“Bu şprislər vasitəsilə ölkədə müxtəlif xəstəliklər yaya bilərlər”
Problem isə çox ciddidir. Azərbaycan vətəndaşlarının sağlamlığı təhdid altındadır.
Tanınmış həkim, Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov “AzPolitika.info”ya açıqlamasında bu problemə laqeyd yanaşılmasının çox ağır nəticələrinin ola biləcəyini vurğuladı: “Ölkəyə gətirilən bir çox məhsullar kimi şprislərin də əksəriyyəti keyfiyyətsizdir. Mənşəyi bilinməyən belə şprislərin Azərbaycana gətirilməsi qəti şəkildə yolverilməzdir. Bu, çox qorxuludur. Çünki kim zəmanət verə bilər ki, həmin şprislərin iynələrinin ucuna təhlükəli viruslar yerləşdirilmir? Bu məni çox qorxudur. Həmin şprislər vasitəsilə ölkədə müxtəlif xəstəliklər, o cümlədən hepatit xəstəliyini yaya bilərlər. Buna diqqət etmək lazımdır. Belə şprislərin ölkəyə idxalının çox ağır nəticələri ola bilər.”
Rəşid Mahmudov qeyd etdi ki, mənşəyi məlum olmayan, keyfiyyətsiz şprislərdən istifadə olunan zamanı pasiyentlər yalnız fiziki baxımdan mənfi təsirlərə məruz qalmır, həm də həyatları üçün təhlükə yaranır: “Azərbaycan Standartlaşdırma İnstitutunun direktoru bu şprislərin mənşəyinin məlum olmadığını bildirirsə, bu, böyük təhlükədən xəbər verir. Onların iynələrinin uclarında hər cür xəstəlik virusları ola bilər.
Mən sizə bir fakt deyim. Bunu hələ ötən əsrin 70-ci illərində, mən tələbə olarkən bizə Əbülfəz adlı müəllimimiz danışmışdı. Sovet hökuməti bir dövr üz qırxmaq üçün “britva”nı xaricdən alırmış. Sonradan məlum olub ki, həmin “britva”ların ucuna çox az miqdarda hansısa maddə vururlarmış. Bu da o “britva”lardan istifadə edənlərin zamanla qara ciyərlərinin çürüməsinə, ölməsinə səbəb olurdu. Buna görə Sovet hökuməti həmin firmanı məhv elədi. Ancaq o “britva”lardan istifadə edən 10 minlərlə, bəlkə də, 100 minlərlə insan tələf oldu. Deməyim odur ki, bu cür mənşəyi bilinməyən, təhlükəli şprislərin də hansı viruslar, xəstəliklər yayıb-yaymadığını bilmək olmaz. Xüsusən də, əgər ölkədə bu şprisləri yoxlamaq üçün laboratoriyalar yoxdursa... Kim bilir, bəlkə, bu şprislərin iynələrinin hazırlanmasında təhlükəli maddələrdən istifadə olunur. Təsəvvür edirsinizmi bu nə deməkdir?”
Tanınmış həkim-ekspert qeyd etdi ki, xaricdən ölkəyə gətirilən hər bir məhsul yoxlanılmalıdır: “ Yoxlanıla bilmirsə, istifadə olunmasına imkan verilməməlidir. Hələ şpris kimi insanların qanı ilə təmasda olan bir tibbi təchizat istifadəyə buraxılmazdan öncə dəfələrlə yoxlanılmalı, mənşəyi, harada istehsal olunduğu tam şəkildə öyrənilməlidir.
İndi, əgər Azərbaycan Standartlaşdırma İnstitutunun direktoru bu şprislərin mənşəyinin məlum olmadığını bildirirsə, onların idxalı, istifadəsi dərhal dayandırılmalıdır”.
R. Mahmudov müasir dövrdə idxal edilən hər bir məhsulun ciddi şəkildə yoxlanılmasının vacib olduğunu bildirdi: “ Diqqətli olmaq lazımdır. Bizim düşmənlərimiz var, məqsədyönlü şəkildə hər şeyi edə bilərlər. Bu ölkəyə idxal edilən heç bir şeyi başlı-başına buraxmaq olmaz. Nəzarət gücləndirilməlidir. Digər tərəfdən belə şprisləri idxal edən insanlarda da bir vicdan olmalıdır. Axı bundan sənin millətin istifadə edir. Pula görə hər şeyi ölkəyə gətirib satmaq olmaz axı...Ümumiyyətlə, bu məsələ ciddi nəzarətə götürülməlidir”.
“Mənşəyi bilinməyən şprislər Azərbaycana buraxılmamalıdır”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da məsələnin çox ciddi narahatlıq doğurduğunu bildirdi: “ Qeyd edim ki, Azərbaycana müxtəlif yollarla külli miqdarda keyfiyyətsiz və istifadəsi təhlükəli olan məhsullar gətirilir. Biz, İstehlakçılar Birliyi olaraq bu məhsulların satış yerləri, adları, kimin gətirməsi barədə bütün dövlət qurumlarına, o cümlədən həm Gömrük Komitəsinə, həm də İqtisadiyyat Nazirliyinə məlumat vermişik.
Ona görə də, mən ölkəyə mənşəyi məlum olmayan, yoxlamadan keçməyən, təhlükəli şprislər gətirilməsini də istisna etmirəm. Buna qarşı isə dövlət orqanları ciddi mübarizə aparmalıdır.”.
Eyyub Hüseynov qeyd etdi ki, mənşəyi məlum olmayan şprislərin Azərbaycana gətirilməsinin qarşısı bu sahəyə nəzarət edən qurumlar tərəfindən qəti şəkildə alınmalıdır: “Ölkəyə belə təhlükəli şprislərin gətirilməsi, əlbəttə ki, yolverilməzdir. Mənşəyi bilinməyən, təhlükəsizliyinə zəmanət olmayan, ekspertizadan keçirilməyən məhsullar, o cümlədən şprislər Azərbaycana buraxılmamalıdır”.
Eyyub Hüseynovun sözlərinə görə, ölkədə bir çox xəstəliklərin, o cümlədən hepatitin yayılmasında bu cür mənşəyi məlum olmayan şprislərin də rolunu istisna etmək olmaz: “Bizə qarşı düşmən münasibətdə olan ölkə var. Onların da bundan istifadə etmək cəhdlərini istisna etmək olmaz. Müxtəlif viruslara yoluxdurulmuş şprisləri ölkəmizə göndərə bilərlər. Ona görə də, dövlət orqanları bu məsələyə nəzarəti artırmalı, mənşəyi məlum olmayan, keyfiyyətsiz şprisləri ölkəyə buraxmamalıdır”.
Eyyub Hüseynov bildirdi ki, bir ictimai təşkilat olaraq idxal olunan şprislərin xaricdə ekspertizasını keçirməyə hazırdırlar: “Fikrimcə, təhlükəli şprislərin ölkəyə gətirilməsinin qarşısını almaq üçün ictimai müqavimət təşkil etmək lazımdır. Vətəndaşlar da klinikalarda bu cür şprislərdən istifadə olunmasından imtina etməlidirlər”.
“Bu şprislərin özü də xəstəlik mənbəyidir”
Qafar İskəndərovun sözlərinə görə, Azərbaycanda həkimlər məcburiyyət qarşısında bu şprislərdən istifadə edir: “Onsuz da Azərbaycana gətirilən dərmanların dozaları standtrlardan çox aşağı olur. Keyfiyyətsiz şprislərlərdən istifadə etdikdə isə, xəstələr hətta həmin aşağı dozanı belə ala bilmir. Nəticədə xəstəliklərin müalicəsi mümkün olmur. Bu şprislərin özü də xəstəlik mənbəyidir. Çox təəssüf ki, Səhiyyə Nazirliyi buana nəzarət etmir. Mən özüm də burada fəaliyyət göstərdiyim dövrdə bu cür şprislərdən istifadə etmək məcburiyyətində qalmışam. İşlədiyim klinika da həmin şprisləri aldığından, bəzən məcburiyyət qarşısında onlardan istifadə edirdik. Ancaq xaricdəki klinikalarda işlədikdən sonra mənə məlum oldu ki, Azərbaycana şpris əvəzinə, ona oxşar bir əşya gətirirlər. Yəni, şpris adı ilə bizim apteklərdə satılan, klinikalarda istifadə olunan əşyalara şpris demək belə doğru deyil. İkinci bir tərəfdən, indi məlum olur ki, bu şprislər ümümiyyətlə yoxlanılmadan ölkəyə buraxılır. Bu isə artıq faciədir. Belə çıxır ki, ölkə vətəndaşlarının sağlamlığı Çinin və ya başqa bir ölkənin şpris sexlərinin sahiblərinin insafına buraxılıb. Hökumət dərhal hərəkətə keçməli, bir an öncə apteklərdəki, klinikalardakı bütün şprislər yığışdırılmalıdır. Mən həkim həmkarlarma müraciət edirəm. Xaricdən idxal olunan və mənşəyi bilinməyən, istifadə zamanı insanlara əziyyət verən belə şprislərdən imtina etsinlər. Sabah bu şprislərdən onların övladları, yaxınları da istifadə edə və müxtəlif viruslara yoluxa bilər. Klinika rəhbərlərinə, aptek sahiblərinə üzümü tuturam: qəti şəkildə belə şprisləri almaqdan imtina etsinlər. Bu məsələyə laqeyd yanaşmaq, onu sabaha saxlamaq olmaz. Bir an öncə belə şprislərin ölkəyə gətirilməsində və satışında qadağalar tətbiq edilməlidir”.
“Bu sahəyə cavabdeh olan təşkilatların həyəcan təbili çalmaması təəccüblüdür”
“Ölkəyə şpris gətirən şirkətlərin fəaliyyəti ciddi yoxlanılmalıdır”
İctima fəal, tibb bacısı Günel Mahmudova da “AzPolitika.info”ya bildirdi ki, işlədiyi klinikada (məlum səbəblərdən klinikanın adını qeyd etmirik) istifadə olunan şprislərin nə qədər keyfiyyətsiz və təhlükəli olduğunun şəxsən şahidi olub: “Bu şprislər o qədər keyfiyyətsizdir ki, özümüz də əziyyət çəkirik, xəstəyə də sözün həqiqi mənasında əzab verməli oluruq. Yaxşı olar ki, bu şprislərin keyfiyyətinə nəzarət olunsun.”
Beləliklə, ictimaiyyət mənşəyi bilinməyən və təhlükəli şprislərin idxalını dayandırmağı tələb edir. Bəs hökumət nə fikirləşir?
İ. İsmayılbəyli
AzPolitika.info
Son yazılar
Обзор на EPOS GTW 270 Hybrid
Они доступны только в этой цветовой гамме из оружейного металла. Обновление 22 апреля, 10:03 утра по восточному времени: EPOS выпустила обновление прошивки для GTW 270, доступного через программное обеспечение Gaming Suite на ПК, которое обеспечивает одновременное Bluetooth и беспроводное подключение к его ключу USB —C. Вы можете переключаться между режимами, нажав кнопку на ключ. Компания говорит, что теперь он доступен. Гибридные наушники GTW 270 стоимостью 199 долларов от аудиокомпании EPOS, насколько мне известно, являются первыми по — настоящему беспроводными наушниками, созданными для игр, но сами наушники не являются самой большой точкой продаж. Приемник Bluetooth USB-C, который поставляется с наушниками, получает это различие. Он намного компактнее, чем стандартные USB-ключи размером с флэш-накопитель, входящие в комплект многих гарнитур. Он также более способен работать с кодеком aptX low latency (aptX LL), который обеспечивает хорошее звучание звука без заметной задержки. Используя приемник, гибрид GTW 270 может быть особенно хорош для быстро развивающихся игр, где звуковые сигналы имеют значение для успеха; но на самом деле, это приятно иметь для любого названия. Однако есть одна проблема: микрофоны не работают, когда вы слушаете звук через приемник USB-C. (Однако встроенные микрофоны наушников работают, когда они подключены к устройству через Bluetooth.) Гибрид EPOS GTW 270 Вот звезда шоу. Это больше зависит от технических ограничений aptX, чем от принятия решений EPOS. Чтобы определить приоритет полосы пропускания для качества звука и быстродействия, при прослушивании с помощью ключа USB-C активен только канал воспроизведения. Это потенциальный разрыв сделки для некоторых геймеров, которые, возможно, захотят перейти в голосовой чат с друзьями на своих консолях. Но к чести EPOS, задержка между ключом и наушниками действительно кажется несуществующей. Эти бутоны цвета оружейного металла имеют простой, сдержанный дизайн, чтобы они не слишком высовывались из вашего уха. Они не слишком тяжелые, и посадка удобная, благодаря сменным силиконовым ушным наконечникам, которые помогают получить хорошую герметичность в ухе. Что касается элементов управления, у них есть только одна многофункциональная кнопка, которая обрабатывает приостановку и возобновление музыки, смену треков, а также прием телефонных звонков. Другими словами, без ключа USB-C они не являются чем-то особенным. (EPOS действительно делает версию за 169 долларов без ключа.) Для общего использования — например, для телефонных звонков или музыки — вы можете получить больше, потратив меньше, если посмотрите некоторые из вариантов в руководстве по покупке доступных беспроводных наушников моего коллеги Криса Уэлча. НАШ ОБЗОР ГИБРИДА GTW 270 7 ИЗ 10 Плюсы Незаметная задержка при подключении к ключу USB-C Сменные силиконовые наконечники для комфорта и звукоизоляции Совместимость с несколькими устройствами Минусы Микрофоны не работают при подключении через USB-C Чехол для зарядки, подверженный царапинам Они легки в использовании по цене За пределами игр эти наушники можно использовать, как и любой другой беспроводной набор, для подключения к телефону, планшету или ноутбуку через Bluetooth. Они поддерживают Bluetooth 5.1 (с кодеком SBC или aptX, в зависимости от устройства, к которому вы подключаетесь) для музыки, видео, игр и телефонных звонков, и EPOS говорит, что вы можете сопрягать их с восемью устройствами. Сопряжение выполняется, удерживая нажатой кнопку на корпусе зарядки. Гибрид EPOS GTW 270 Единственная кнопка гибрида GTW 270 находится на левом наушнике. Говоря о зарядном чехле: он имеет цельнометаллическую конструкцию, которую, к сожалению, очень легко поцарапать. Он заряжается через USB-C; при полной зарядке EPOS говорит, что он может обеспечить до 15 часов дополнительного времени автономной работы наушников. В течение рассматриваемого периода гибридные наушники GTW 270 достигли пятичасовой отметки времени автономной работы, что соответствует заявлениям компании. И если вы тот, кто время от времени совершает потную пробежку или просто не хочет попасть под дождь, они водонепроницаемы по стандарту IPX5. Я провел последние несколько недель, используя наушники, чтобы играть в игры поочередно на моем PS5, моем коммутаторе и моем рабочем ноутбуке несколько раз в день. (Если вам интересно, в комплект поставки входит адаптер, который позволяет подключить ключ к устройству с портами USB Type-A.) Гибрид GTW 270 работает как любая беспроводная игровая гарнитура, но действительно беспроводной форм - фактор имеет некоторые очевидные преимущества. Мне нравится, что они позволяют мне свободно передвигаться по проводам, и их использование не изолирует меня (или не портит мои волосы), как громоздкие банки для ушей. Приемник предварительно соединен с бутонами, и они подключаются почти мгновенно. Гибрид EPOS GTW 270 Каждый наушник заряжается через контактные точки, а светодиоды показывают оставшееся время автономной работы. Мне также нравится удобство использования только правого наушника (правый управляет передачей Bluetooth, поэтому прослушивание только через левый наушник не работает), поэтому я могу держать ухо доступным для прослушивания отправленных пакетов. Это, конечно, не является чем-то новым для людей, которые уже используют действительно беспроводные наушники. Это просто кажется новым, чтобы испытать эту свободу с игровой гарнитурой. В течение отчетного периода я попробовал римейк "Души демона", "Бог войны" 2018 года, "Приключения в кольце" и "Призрак Цусимы", а также несколько других игр. Хотя у них нет самой широкой звуковой сцены или самого четкого частотного разделения, которое я слышал для прослушивания музыки, они сияют игровым звуком — в частности, эффектами объемного звучания и доставкой басов. Общее качество звука не является взрывоопасным, и есть предел тому, насколько захватывающими могут быть эффекты объемного звучания, учитывая небольшие драйверы наушников. Но звук не слишком скомпрометирован. Если вы не хардкорный геймер, которому нужно услышать каждую деталь в кристально чистой презентации, они, скорее всего, подойдут вам. Гибрид EPOS GTW 270 Они великолепно работают как с PS5, так и с коммутатором. Для расширения совместимости в комплект поставки входит адаптер USB-C-USB Type-A. Гибрид GTW 270 был бы очень близок к идеалу, если бы микрофоны работали при подключении с помощью ключа USB-C. Увы, это не так, поэтому использование ключа будет практически бесполезно для тех, кто часто играет в многопользовательские игры с друзьями. (Это немного другая история, если вы играете в много однопользовательских игр и не возражаете против отсутствия микрофона для игр.) Поскольку наушники не так уж полезны для игр без ключа, это означает, что вы идете на большой компромисс, и это тот, который ни одна из лучших игровых гарнитур, которые я тестировал (большинство из которых дешевле, чем это), не просит вас сделать. Это твой выбор. Часы OnePlus - это первые умные часы от OnePlus. Он стоит всего 159 долларов и длится до двух недель между зарядками, но он также делает намного меньше, чем конкурирующие умные часы от Samsung, Fossil, Apple и других. https://www.theverge.com/22241197/epos-gtw-270-hybrid-truly-wireless-earbuds-usb-c-gaming-bluetooth
Лучший Chromebook 2021 Lenovo Chromebook Duet
Лучший Chromebook 2021 Lenovo Chromebook Duet Lenovo Chromebook Duet-это впечатляющее конвертируемое устройство за 279 долларов. Часть руководства Verge по Chrome OS и Chromebook Дуэт Chromebook от Lenovo далек от безупречности. Но когда вы оцениваете устройство, которое начинается с 279 долларов, вопрос не в том, “Является ли это идеальным устройством”, а в том, “Лучше ли это, чем другие вещи, которые вы можете получить за эту цену” Chromebook в этом ценовом диапазоне, как правило, неуклюж и дешев, как Chromebook 14 от HP или Chromebook x360 12b. Если вам нужна альтернатива Windows, вы смотрите на самый нижний конец линий Acer Aspire или Acer Swift или другие чрезвычайно простые варианты, такие как Motile 14. И, конечно, есть iPad начального уровня и другие базовые планшеты Android, но они не поставляются с клавиатурой. Lenovo, безусловно, срезала некоторые углы, чтобы сократить дуэт Chromebook до этой ценовой точки. И поскольку я работаю профессиональным ворчуном, я буду ворчать. Но в конце дня они чувствуют себя как срезанные углы — не как серьезные ошибки, которые значительно затрудняют работу устройства. И после нескольких дней использования дуэта в качестве основного драйвера я чувствую себя комфортно, говоря, что он гораздо больше похож на Surface Go с некоторыми уступками, чем на ультрабюджетный ПК. НАШ ОБЗОР Duet Chromebook ОТ LENOVO 8,5 ИЗ 10 Плюсы Ультра портативный 11-часовое время автономной работы В комплекте клавиатура и подставка для ног Вы не можете превзойти цену Минусы Тесная клавиатура и тачпад Только один порт (и это не разъем для наушников) Не хватает лошадиных сил для серьезной многозадачности По сравнению с последними iPad или более дорогими хромбуками, такими как Pixelbook Go, Chromebook Duet имеет значительные недостатки. Но эти устройства являются шагом вверх в цене (особенно если вы включаете крышки клавиатуры). Если вы ищете кабриолет в диапазоне ниже 300 долларов, у которого есть нога в обеих дверях, дуэт-лучшее, что вы найдете. Базовая модель Chromebook Duet имеет 4 ГБ оперативной памяти и 64 ГБ памяти. В стоимость входит клавиатура и подставка, чего не скажешь о Surface Go или любой другой модели iPad. Я протестировал версию за 299 долларов, которая имеет тот же процессор и оперативную память, но 128 ГБ памяти. Двадцать долларов — это не огромная разница, поэтому я рекомендую вам пойти на дополнительное хранилище, если вы можете себе это позволить-64G быстро заполнится, если вы планируете загружать много приложений, видео или других носителей. Дуэт Lenovo Chromebook Лучшие ноутбуки 2020 Lenovo Chromebook Duet Легко изменить угол наклона экрана. Помимо его головокружительной цены, главное, что нужно знать об этом Chromebook,-это то, что он маленький. При 10,1 дюйма это типичный размер для планшета, но если вы пытаетесь использовать его так, как вы использовали бы рабочий ноутбук (например, с десятками вкладок и окон рядом), все становится тесным. Я смог написать весь этот обзор на дуэте, но возвращение к 13-дюймовому 32-дюймовому экрану на моем персональном компьютере казалось совершенно новым миром. Дисплей действительно имеет соотношение сторон 1610, что я ценю, и если вы привыкли использовать 169 панелей, вы заметите дополнительное вертикальное пространство. Я все еще чувствую себя немного менее стесненным на 13-дюймовом экране 169, но это близко. Как следствие, съемная клавиатура также крошечная. Большинство клавиш не страшны для нажатия; на самом деле они немного больше, чем клавиши Surface Go, с шагом около 1,3 мм. К тесной настройке потребовалось некоторое время, чтобы привыкнуть, но после дня или около того использования устройства я смог достичь своей обычной скорости набора текста (около 130 слов в минуту). Однако Lenovo пришлось пойти на компромисс с клавишами на окраине колоды (tab, backspace, enter, двоеточие, апостроф, тире и т. Д.). Они крошечные (чуть более половины размера буквенных клавиш), и их нажатие было рутиной. Даже после использования устройства в течение нескольких дней я все еще правильно нажимал backspace примерно в 75 процентах случаев — я не могу сказать вам, сколько раз я вместо этого хлопал знаком равенства. Точно так же я очень часто нажимал enter, когда хотел нажать соседнюю клавишу апострофа. Нажатие на тире, которое находится слева от клавиши "равно", было похоже на сценарий "иголка в стоге сена", и я инстинктивно избегал использования тире в своем письме. Я предполагаю, что вы привыкнете ко всему этому, если купите Дуэт, но ожидайте крутой кривой обучения. ТЕХНИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ LENOVO CHROMEBOOK DUET (В СООТВЕТСТВИИ С ОБЗОРОМ) MediaTek Helio P60T 4 ГБ ОПЕРАТИВНОЙ ПАМЯТИ 128 ГБ памяти 10,1-дюймовый дисплей (1920 x 1200) батарея емкостью 7000 мАч (27 Вт * ч) Адаптер 10 Вт Два динамика Два цифровых микрофона Один порт USB-C Вы не будете шокированы, узнав, что тачпад также небольшой-3,4 х 1,9 дюйма. Он прекрасно себя чувствует и грамотно прокручивается (хотя у меня маленькие руки). У меня были некоторые проблемы с щелчком и перетаскиванием (я часто прибегал к этому на сенсорном экране), и щелчки двумя пальцами иногда регистрировались как обычные щелчки. Кроме того, когда клавиатура неровно лежала у меня на коленях, она иногда поворачивалась в положение, когда кликер перестал работать (болезнь, с которой вы будете знакомы, если раньше использовали дешевые чехлы для клавиатуры). Если вы предпочитаете использовать экран, дуэт также совместим со стилусами USI. Если вы надеялись подключить кучу периферийных устройств вместо прилагаемой клавиатуры, убедитесь, что у вас есть разветвители и ключи на буксире. Дуэт имеет всего один порт USB-C, который будет занят всякий раз, когда устройство заряжается. Было бы неплохо иметь хотя бы аудиоразъем, хотя Lenovo включает в себя ключ для наушников. (Пока мы составляем списки пожеланий, будет приветствоваться еще один порт USB-C, чтобы мы могли подключить мышь во время зарядки). Дуэт Lenovo Chromebook Дуэт включает в себя подставку и клавиатуру. Дуэт Lenovo Chromebook. Снаружи на экране был сильный яркий свет. Однако при такой цене я не рассматриваю тесную периферию как ошибку со стороны Lenovo; это компромисс, который вы делаете. В обмен вы получаете довольно компактное и портативное устройство. Один только планшет весит 0,99 фунта (449g), а с клавиатурой и подставкой для ног он составляет всего 2,03 фунта (921g). И, несмотря на углы, которые были срезаны с помощью клавиатуры и тачпада, ни одна часть дуэта не выглядит и не кажется дешевой. Сам планшет изготовлен из алюминиевого сплава, который прочен и приятно держать. Обложка сделана из шикарной серой ткани — в закрытом состоянии она выглядит как классный блокнот. И клавиатура, и подставка надежно оставались на месте, пока я пользовался устройством. Дуэту действительно не хватает двухкомпонентного магнитного механизма, который Surface Go использует для удержания обеих крышек на месте, что означает, что клавиатура имеет тенденцию скользить, когда ноутбук закрыт. Опять же, углы. Еще одна область, где дуэт пробивает выше своей весовой категории срок службы батареи. Lenovo утверждает, что 10 часов; Я приблизился к 11 с половиной, запустив устройство через свою типичную рабочую нагрузку вкладок Chrome и приложений, включая Gmail, Twitter, Slack, Asana, Facebook, Документы и листы, а также случайный вызов масштабирования и потоковую передачу Spotify, с экраном средней яркости. В тот день, когда я использовал только Chrome, я получил чуть больше 12. (Lenovo, однако, экономила на зарядном устройстве; включенный в комплект 10 Вт USB-C кирпич только увеличил мощность устройства на 24 процента за час.) Есть четкое (по крайней мере, частичное) объяснение этому результату-процессор низкого класса. Lenovo использует восьмиядерный процессор MediaTek Helio P60T с частотой 2,0 ГГц. По мощности он ближе к бюджетному процессору смартфона Snapdragon, чем чипы Intel, которые вы найдете в хороших хромбуках. Учитывая это, выступление Дуэта было на удивление достойным. Если вы просматриваете несколько вкладок, транслируете Netflix или запускаете одно или два приложения, у вас не должно возникнуть проблем. Я даже смог запустить ежедневную дозу от восьми до 12 вкладок Chrome и от шести до восьми приложений для Android без особых проблем. Docs и Spotify разбились один или два раза, но это не было серьезной проблемой. Было почти невозможно сделать что-либо еще во время вызова масштабирования (хотя это может быть скрытым благословением для моих коллег). Я также запустил дуэт в течение дня использования только Chrome, и все начало замедляться примерно на 15 вкладках. Но опять же, тяжелая многозадачность-это не то, для чего предназначено это устройство (и 4 ГБ оперативной памяти, вероятно, является таким же ограничивающим фактором, как и процессор). СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ ДУЭТ LENOVO CHROMEBOOK Теперь каждое интеллектуальное устройство требует, чтобы вы согласились с рядом условий и положений, прежде чем сможете его использовать, — контрактов, которые на самом деле никто не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали подсчитывать, сколько раз вам нужно нажать “согласиться” на использование устройств, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Lenovo Chromebook Duet, вы должны согласиться Подключение к Wi-Fi Условия предоставления услуг Chrome OS Синхронизация Chrome (перенос истории, закладок, паролей и других настроек из вашей учетной записи Google) Персонализированные сервисы Google Условия предоставления услуг Google Play Следующие соглашения являются необязательными Отправляйте диагностические данные и данные об использовании в Google Учетная запись Google Резервное копирование на Google Диск Разрешить приложениям и службам с разрешением на местоположение использовать местоположение вашего устройства Google Assistant voice match Пусть помощник покажет вам информацию, связанную с тем, что находится на вашем экране Подключение к телефону Android Итоговый подсчет пять обязательных соглашений и семь факультативных Говоря о зуме, дуэт имеет две камеры, включая 2-мегапиксельную переднюю стрелку и 8-мегапиксельную заднюю стрелку. Оба были на самом деле лучше, чем веб-камеры, которые я обычно вижу на ноутбуках. Мое лицо во время видеозвонков было четким и не особенно размытым, а камера заднего вида не делает невероятных фотографий, но прекрасно подойдет, если вам нужно сделать снимок ваших заметок или слайда PowerPoint. Двойные динамики (расположенные в верхней панели) обеспечивали удивительно хорошо сбалансированный звук, который был четким при более высокой громкости. Они не становятся такими громкими, как многие полноразмерные ноутбуки-это понятно, учитывая их размер, но это еще одна причина, по которой на этой штуке действительно должен быть разъем для наушников. Игра также была хорошим опытом. Перелистывание Легенд и Легенд о монстрах иногда заикалось, но в целом было довольно гладким. Они также выглядели четко на экране 1920 x 1200. Дуэт даже хорошо поработал с фотоработами в Lightroom. Редактирование, как отдельных фотографий, так и пакетов, не было мгновенным, но и не было мучительно медленным; этот опыт был примерно на одном уровне со среднечастотными хромбуками на базе Intel, которые я тестировал в прошлом. (Панель немного тусклая для тех, кто занимается серьезной творческой работой; яркий свет был достаточно сильным, чтобы экран было трудно увидеть на открытом воздухе). Дуэт Lenovo Chromebook. Буквенные клавиши в порядке, но внешние-это борьба. Переходя к программному обеспечению, все, что нравится людям Chrome OS в Chrome OS, здесь. Дуэт загружается быстро, интерфейс прост, вы получаете автоматическое обновление фона каждые шесть недель, у вас есть доступ к вашим любимым приложениям для Android (включая Microsoft Office) через Google Play Store, а Google Assistant может отвечать на ваши запросы и составлять вам компанию. ОС хорошо интегрирована с остальной экосистемой Google, и есть множество симпатичных способов использовать ее с вашим телефоном Android. Дуэт поддерживает мгновенную привязку, что означает, что вы можете автоматически подключать его к соединению для передачи данных вашего телефона без необходимости возиться с горячими точками. Вы также используете Android для удаленного входа и выхода из Chromebook, если он находится поблизости. И вы можете использовать Click-to-Call для отправки контактных номеров из дуэта на свой телефон. Обычные предостережения Chrome OS также применимы; Приложения для Android являются хитом или промахом, причем некоторые из них хорошо оптимизированы для Chromebook, некоторые из них в порядке, но хуже, чем их браузерные эквиваленты, а некоторые (привет, Facebook Messenger) являются абсолютными катастрофами. По - прежнему гораздо сложнее загружать приложения, чем на Android. Как только вы поймете, какие приложения вы можете безопасно использовать и что вы должны хранить в Chrome, вы сможете отлично ориентироваться в операционной системе. Но если вы новичок в Chromebook, есть кривая обучения. ПРИМЕНЯЮТСЯ ОБЫЧНЫЕ ПРЕДОСТЕРЕЖЕНИЯ CHROME OS Самое интересное здесь то, что Google также внесла несколько изменений в Chrome OS, чтобы оптимизировать его для конвертируемого форм-фактора. Google говорит, что Duet-это первое устройство, которое когда-либо запускалось с версией Chrome, которая на самом деле оптимизирована для использования на планшетах. (RIP Pixel Slate). Существует три режима типа” Режим " (когда клавиатура подключена), режим просмотра (когда подставка открыта, а клавиатура отсоединена) и режим просмотра (когда это просто планшет). (Режим просмотра и режим просмотра, по сути, одинаковы, насколько я могу судить). Функция заголовка в режиме просмотра-это новая система навигации по жестам. Длинный свайп вверх отправляет вас на начальный экран, короткий свайп вверх вызывает полку приложений, проводя вверх и удерживая показывает все открытые окна приложений. Проведите пальцем вверх, удерживайте и перетащите окно в одну сторону, чтобы разделить дисплей; проведите пальцем вправо, чтобы вернуться к предыдущему экрану. Я бы не сказал, что эти жесты были обязательно плавными — по крайней мере, по сравнению с тем, что вы увидите на iPad. Но это начало системы, которая, как я вижу, в будущем станет довольно отшлифованной, и они действительно немного упростили просмотр в режиме планшета. Ничто в дуэте Chromebook не идеально; Я мог бы весь день придираться к различным неоптимальным качествам клавиатуры, тачпада, производительности или экрана. Но Дуэт не пытается быть идеальным. Он не предназначен для опытных пользователей и не предназначен для тяжелой многозадачности. Имея это в виду, это самое близкое к совершенству, что я когда-либо видел с ноутбука-планшета за 300 долларов. Если вы ищете забавное устройство для детей, которое также может справляться с работой на дому, или портативный 2-в-1 для просмотра Netflix и отправки электронной почты на ходу, дуэт должен отлично работать. Это солидный хромбук среднего уровня 2-в-1, который не может быть таким дешевым, как сейчас. https://www.theverge.com/21262694/lenovo-chromebook-duet-review-tablet-chromebook-chrome-os-price
Şərhlər
Təkcə şpirislər deyil, saxta və mənşəyi məlum olmayan dərmanlar da var.O. Şirəliyevin dövrü səhiyyə tarixində saxta dərmanlar zamanı kimi qalacaq.Bu adam vəzifəsinin öhdəsindən, ya gələ bilmir,ya da ki qəsdən əhalinin sağlamlığına ciddi ziyan vurur.Məsələn,ölkəmizə tyaqammanın əvəzində Ukraynada zirəmilərdə hazırlanmış teokdar preparatının gətirilməsinə dəstək vermək millətə xəyanət deyil,bəs nədir?...
ƏRMANLARDAN da danışın keyfiyətsiz qiyməti dəyərindən 20-dəfə baha.Bakıdan 85-azn aldıqım dərmanı 2-50-qəpiyə.148-azn-ə aldıqım dərmanı 35-azn-ə,BAKIDAN qan təziqi ücün aldıqım eyni adlı dərmanın bir ayınIN QİYMƏTİNƏ bir illik dərmanı İRANDAN aldım.Bakıda 30-ədədi 20-azn olan təziq dərmanın 100-ədədi İranda 3-azn dir ölün xəcalət cəkin.Səhiyyə naziri özü müalicəyə İZRAİLƏ ğedir BİZİ İRANDAN dərman almaqa qoymur. ZİBİL DƏRMANLARI, ŞPRİSLƏRİ BİZƏ SIRIYIRLAR.Haramuz olsun qəpiyə möhtac olasınız.
AZƏRBAYCANDA SATILAN DƏRMANLARIN VƏ ŞİPRİSLƏRİN ƏKSƏRİYYƏTİ SAXTA VƏ KEYFİYYƏTSİZDİR. BÜTÜN BUNLAR MƏSUL OLAN ŞƏXSLƏRİN XALQIMIZA QARŞI MÜNASİBƏTİNİN TƏZAHÜRÜDÜR.