Menu

İspaniya məhkəməsi Puçdemonun həbsinə order verib

16.10.2019, 22:48
İspaniya məhkəməsi Puçdemonun həbsinə order verib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İspaniya məhkəməsi Kataloniyanın eks-hökumət başçısı Karlos Puçdemonun həbsinə order verib. Bu barədə öz mənbələrinə istinadla «RİA Novosti» agentliyi xəbər verib.

Dəqiqləşdirilir ki, Puçdemon qiyamda və dövlət vəsaitlərindən sui-istifadədə günahlandırılır və onun həbsi üçün «beynəlxalq və Avropa orderi» verilib.

Xatırladaq ki, 2017-ci il oktyabrın 1-də Puçdemon və onun tərəfdarları Kataloniyanın müstəqilliyi barədə referendum keçiriblər. Madrid bu referendumu qeyri-qanuni elan edib, Puçdemon isə ölkəni tərk etməyə məcbur olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol