Menu

Elina Hacıyevanın anası Prezident İlham Əliyevə müraciət edib

17.10.2019, 17:16
Elina Hacıyevanın anası Prezident İlham Əliyevə müraciət edib

Bakıda məktəbdə intihar edən Elina Hacıyevanın anası Sevil Hüseynova Prezident İlham Əliyevə müraciət edib.

APA-nın məlumatına görə, S.Hüseynova ölkə başçısına ünvanladığı müraciətində qızının ölümündə təqsirli bilinən şəxslərin cəzalandırılmasını xahiş edib.

İş üzrə keçirilmiş son məhkəmə prosesində dövlət ittihamçısı təqsirləndirilən şəxs -162 saylı məktəbin sabiq direktoruna 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza istədiyini qeyd edən S.Hüseynova hadisəyə görə heç bir həkimin məsuliyyətə cəlb edilmədiyini bildirib: “Məsuliyyətə cəlb olunan sabiq direktora da ədalətli cəza verilmir! Ana fəryadına biganə qalmayın!”

Şərhlər

Elli 2019-10-17 17:16:30

Xanım mən sizi dəstəkləyirəm.Sizin balanız, ya mənim balam fərqi yoxdur. Cinayəti törədənlərin heç biri azadlıqdan məhrum edilməyib(şərti azadlıqdan məhrum edilmə cəza deyil).Yeniyetmə bilərəkdən qətlə yetirilib. Mən də anaya qoşularaq ədalət tələb edirəm.Mən sizinlə həmrəyəm. Bir yerdəki cinayət var cəzası da mütləq olmalıdır. ALLAH Elina balaya rəhmət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol