Menu

Partiya üzvü olmayan deputatları MSK-da təmsil edəcək şəxs müəyyənləşəcək

18.10.2019, 14:25
Partiya üzvü olmayan deputatları MSK-da təmsil edəcək şəxs müəyyənləşəcək

Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını MSK-da təmsil etmək üçün yeni üzv müəyyənləşəcək.

APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin heç bir siyasi partiyaya mənsub olmayan deputatları tərəfindən MSK-nın boş olan üzvü vəzifəsinə namizədliyin irəli sürülməsi haqqında sənəddə bildirilib.

Belə ki, Rövzət Afət oğlu Qasımovun Azərbaycan Respublikası Milli Məclisinin heç bir siyasi partiyaya mənsub olmayan deputatlarını MSK-da təmsil etmək üçün namizədliyi irəli sürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol