Menu

"Qanunsuz mitinq keçirmək istəyənlərə qarşı ən sərt tədbirlər görüləcək" - Bakı polisinin idarə rəisi

18.10.2019, 18:02
"Qanunsuz mitinq keçirmək istəyənlərə qarşı ən sərt tədbirlər görüləcək"  - Bakı polisinin idarə rəisi

“Bakı Şəhrə İcra Hakimiyyətinin razılığına əsasən, Qaradağ rayon ərazisində mitinqin keçiriləməsi üçün münasib yer ayrılıb, bunun əsasında mitinq təşkilatçıları Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib, şəhər prokurorluğu ilə birgə qanunun müvafiq tələbləri onlara izah olunub və xəbərdarlıq edilib”.

“Report”un xəbərinə görə, bunu Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Nurullah Məmmədxanlı bildirib.

O qeyd edib ki, Bakı Metropoliteninin mühafizə zonasına daxil olan ərazilərdə heç bir toplantının keçirilməsinə icazə verilmir: “Bu, qanunla qadağandır. Həmin gün polis digər hüquq-mühafizə orqanları əməkdaşları ilə birgə çox qətiyyətli tədbir görəcək. Həmişə olduğu kimi, şəhərin ərazisində heç bir qanunsuz aksiyanın keçirilməsinə imkan verilməyəcək. Bir daha xəbərdarlıq edirik ki, belə olan halda bu məsuliyyət təşkilatçıların üzərində qalacaq. Həmin şəxslərə qarşı qanunun icazə verdiyi ən sərt tədbirlər görüləcək. Mitinq təşkilatçılarının çağırışlarına inananlara üzümü tutub deyirəm ki, onlara aldanmasınlar”.

Şərhlər

pensiyacı 2019-10-18 18:02:08

hörmətli redaksiya.mənkütləvi informasiya vasitələrinə və onun qələm əhlinə onların zəhmətinə cox böyük hörmətlə yanaşıram. ancaq bu yütubda özünü didib dagıdan tərbiyədən kişilikdən qeyrətdən xəbəri olmayan qabil deyilən məxluqu görəndə eşidəndə saatlarla özümə gələ bilmirəm.bu məxluq hamıya söyür təhqir edir şər böhtan yagdırır özü özünü böyük bir şəxsiyyət hesab edir.könlündəndə deyəsən müdafiə naziri olmaq kecir əbləhin.niyə hec bir mətbu orqan onun nə oldugunu ona anlatmır.məhz kim yox nə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol