Menu

“Xeyli məmur var ki, görülən işlərə ləkə gətirir” - Deputat

19.10.2019, 09:37
“Xeyli məmur var ki, görülən işlərə ləkə gətirir” - Deputat

Fərəc Quliyev prezidentin son müşavirəsi ilə bağlı “Yeni Müsavat”a açıqlama verib.

O bildirib ki, prezidentin səsələndirdiyi məqamlar ölkəmizin inkişafı üçün atılan addımlardan xəbər verir: “Cəmiyyətdə bəzən müəyyən məmurları qınayırlar. İndiyə qədər görməmişəm ki, rabitə naziri Ramin Quluzadə, kənd təsərrüfatı naziri İnam Kərimov, vergilər naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev haqqında hansısa neqativ fikir bildirilsin.

Bu siyahını uzatmaq da olar. Məsələn, miqrasiya xidməti, ”ASAN Xidmət" haqqında 98 faiz razılıq edilir. Çünki obyektiv olaraq iş görürlər. Ancaq xeyli məmur var ki, həm bu görülən işlərin üzərinə ləkə gətirirlər, həm də özləri bir işə yaramırlar. Sadəcə olaraq onlar yer tutublar. Düşünürəm ki, prezidentin sonuncu xəbərdarlığı onunla bağlı idi ki, ya normal şəkildə çalışacaqsınız, ya da işlərinizlə vidalaşacaqsız. Biz görürük ki, onlar nə işlərini səhmana sala bilirlər, nə də normal qaydada işləyirlər. Övladlarının keçirdikləri xoşagəlməz həyat tərzi də göz önündədir.

Bütün bunlar göstərir ki, prezident məsələlərdən kifayət qədər xəbərdardır. Kadr məsələsi olduqca mühümdür. Hesab edirəm ki, son müşavirə kəskin xəbərdarlıqdır. Əgər ciddi şəkildə ölçü götürüləcəksə bu, islahatların ciddi şəkildə irəliləməsinə səbəb olacaq"

Şərhlər

Alı 2019-10-19 09:37:17

Bəli dogrudur.Sən kimə deyirsən?Bunun birincisi elə sən özünsən.Sən Azərbaycan hakimiyyətinin də müxalifətinin də sifətində gəlib keçmiş... Azərbaycanın yaxın siyasi tarixində baş verən ən iyrənc olayların içərisində sənin boyun görünür və görüncəkdir.Məsəl var: "Adımı sənə qoyum, səni yana yana qoyum"

EJDER 2019-10-19 09:37:17

MALADES,NAXCIVANLILAR IRELI,YALNIZ EMELLI,ILIWME....DUWME.BU NECENCI AXIRINCI XEBERDARLIQLARDI,SAYINI DEYIN,BILEK.MILYARDLARI TALAMIW NAZIRLERIN SIYAHISI SIYAVUW MALIMIN MASASININ USTUNDE TOZ BAQLAYIF ,AYE.DEMELI HAMI BILIR KIM KIMDI.GELIRLERINIZI ACIQLAYIN,BU QANUN KIMIN UCUNDU,YEQIN LUKAWENKO UCUN,HIYYYYY

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol