İraq hərbçiləri ölkənin mərkəzi əyaləti olan Diyalada xlor başlıqlı yeddi raketin olduğu anbar aşkarlayıblar.
SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə əyalətin Polis İdarəsinin rəisi general Cəmil əş-Şəmri məlumat verib.
“Hərbçilər və polis Diyala əyalətinin əl-Mikdadiyyə rayonunda “İslam Dövləti" silahlılarına qarşı həyata keçirilən xüsusi əməliyyat zamanı Təşkilatın 18 silahlısını, o cümlədən onların komandirlərini məhv ediblər. Bundan əlavə, əsgərlər silahlıların yerli təhlükəsizlik qüvvələri və Diyalanın dinc sakinlərinə qarşı istifadə etmək niyyətində olduqları kimyəvi silah - xlor başlıqlı yeddi raketin olduğu anbar aşkarlayıblar.”, - mənbə bildirib.


Şərhlər