“Qantas Airlines” aviaşirkətinin təyyarəsi enişsiz ən uzun uçuşu həyata keçirib.
Trend-in "FlightAware"ə istinadla verdiyi məlumata görə, "Boeing 787-9" təyyarəsi 19 saat 14 dəqiqə hava olub.
Uçuş Nyu-Yorkdan Sidneyə həyata keçirilib. Təyyarə 37 dəqiqə gecikmə ilə eniş edib.
Qeyd edək ki, daha əvvəl ən uzun enişsiz uçuş Nyu-Yorkdan Sinqapura həyata keçirilib. Bu uçuşu həyata keçirən təyyarə 18 saat 50 dəqiqəyə hava olub.


Şərhlər