Menu

Çilidəki etirazlar zamanı xəsarət alanların sayı 500 nəfəri ötüb

20.10.2019, 23:03
Çilidəki etirazlar zamanı xəsarət alanların sayı 500 nəfəri ötüb

Çilinin paytaxtı Santyaqonun mərkəzində son sutka ərzində keçirilən və iğtişaşla yekunlaşan etiraz aksiyasının gedişatında 200-dən çox şəxs tibbi yardım məqsədilə xəstəxanalara müraciət edib.

“Report” “TASS”-a istinadla xəbər verir ki, bu məlumatları ölkənin səhiyyə naziri Hayme Manyaliç verib.

Bundan əvvəl Santiaqo və Valparaisoda keçirilən etirazlar zamanı 314 nəfərin xəsarət alması haqqında məlumat yayılmışdı.

“Son 24 saat ərzində 208 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 32 nəfər paytaxt ərazisindəki xəstəxanalardadır, onlardan 10-nun vəziyyəti ağırdır”.

Nazir, eyni zamanda jurnalistlərə Kolumbiya vətəndaşının güllə yarasından öldüyü barədə də məlumat verib.

Onun ölümünün səbəbləri müəyyənləşdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol