“Oktyabrın 19-da Bakının mərkəzində mitinqə cəhd oldub. Bu, qeyri-qanuni addımdır. Bir qrup Azərbaycanı istəməyən, xalqın, dövlətin əleyhinə, erməni lobbisi ilə əlbir olanlar ölkəmizdə sabitliyi pozmağa cəhd etdilər, xalq-iqtidar birliyinə xələl gətirməyə çalışdılar”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov Milli Məclis deputatlarının bu məsələyə münasibət bildirməyə çağırıb, mövqelərini ortaya qoymağa çağırıb: “Hüquq-mühafizə orqanları bu mitinqlə bağlı araşdırma aparmalıdır. Hər kəs mövqeyini ortaya qoymalıdır...”.


Şərhlər
MALADES,SUYAVUW MALIM BU MILYARDLARI TALAYAN NAZIRLER NEJE ,MOVQELERINI BILDIRDILER,YA YOX.SIYAHIDAN MUQAYAT OLUN ,LUKAWENKO CANI
LAZIM gəlsə mövqelərini bildirəcəklər Siyavuş müəllim.LAZIM höcət oglunu tapıb gətirməsəniz heç nə həll edilməyəcək Həzrət Abbas haqqı.Bir də ki,çox hörmətli Siyavuş müəllim, nə mövqe-mövqe deyə həftə səkkiz mən doqquz hay həşir salmısınız? Bu adamlar səsin çıxarmırsa elə bunun özü də elə bir mövqedir də.Yəni susmaqla deyirlər ki, alə Siyavuş get YAP-nin dalınca....
Burda ortaya qoyulmalı mövqe yoxdur.Xalq Prezidenti dəstəkləyir.Xalqın narazılığı YAP-çı məmurlardandır.Onlar ölkəni talan edir,milli ayrı-seçkiliyə təkan verirlər.YAP-ın ünvanına olan etirazın istiqamətini dəyişməyə çalışmayın.Sizə ərazilərimizin azad edilməsi yox,dələduzluq yolu ilə ölkənin sərvətlərini talamaq lazımdır..
xalqın seçimi olmayan kimsələr ortaya mövqe qoydu ya qoymadı nə olasıdı?