İsveç Akademiyası builki Nobel mükafatlarının veriləcəyi tarixi açıqlayıb.
Azərbaycandan yazıçı, qalmaqallı "Daş yuxular" romanının müəllifi Əkrəm Əylislinin də namizəd olduğu Nobel Sülh mükafatı sahibini oktyabrın 10-da tapacaq.
Sülh mükafatına 1986-cı ildə yəhudi-amerikan yazarı Elie Uesel (yəhudi soyqırımının dəhşətlərini dünyaya çatdırdığı üçün və insan haqları uğrunda mübarizəyə görə), 2010-cu ildə isə çinli yazar-ədəbiyyatşünas Liu Xiaobo (Çində demokratiya və insan haqları uğrunda mübarizəyə görə) layiq görülüblər.
Ədəbiyyat üzrə Nobel mükafatının veriləcəyi tarix yaxın günlərdə elan ediləcək.
Digər Nobel laureatlarının adlarının açıqlanacağı günlər belədir:
Fiziologiya və tibb üzrə - 6 oktyabr
Fizika üzrə - 7 oktyabr
Kimya üzrə - 8 oktyabr
İqtisadi elmlər üzrə - 13 oktyabr.
Mükafatçıların adları sözügedən günlərdə Bakı vaxtı ilə saat 14:00-15:00 arasında elan ediləcək. Mükafatçılar oktyabrda bilinsə də mükafatlar sahiblərinə dekabrda - Stokholmdakı mərasimdə təqdim olunur. Hər bir laureata 1,2 milyon dollar (əvvəl 1,4 milyon dollar idi) pul mükafatı da verilir.
Ötən 20 ildə ədəbiyyat üzrə Nobelə layiq görülən yazarlar:
2013 - Alice Munro (Kanada)
2012 - Mo Yan (Çin)
2011 - Tomas Tranströmer (İsveç)
2010 - Mario Vargas Llosa (Peru)
2009 - Herta Müller (Rumıniya-Almaniya)
2008 - Jan-Mari Qustav Le Clezio (Fransa)
2007 - Doris Lessing (Böyük Britaniya)
2006 - Orhan Pamuk (Türkiyə)
2005 - Harold Pinter (Böyük Britaniya)
2004 - Elfriede Jelinek (Avstriya)
2003 - Con M.Coetzee (Cənubi Afrika)
2002 - İmre Kertész (Macarıstan)
2001 - Ser Vidiadhar Surajprasad Naipaul (Böyük Britaniya)
2000 - Gao Xingjian (Çin)
1999 - Günter Grass (Almaniya)
1998 - Joze Saramaqo (Portuqaliya)
1997 - Dario Fo (İtaliya)
1996 - Vislava Szymborska (Polşa)
1995 - Seamus Heaney (İrlandiya)
1994 - Kenzaburo Oe (Yaponiya)
1993 - Toni Morrison (ABŞ).
Bu siyahıda diqqətçəkən məqamlardan biri də odur ki, ABŞ və Yaponiya yazarları Nobelə sonuncu dəfə təxminən 20 il əvvəl layiq görülüblər. Bu il həmin ölkələrdən Filip Rot (ABŞ) və Haruki Murakaminin (Yaponiya) adları mükafata real namizədlər kimi hallandırılır ("Azadlıq" radiosu).


Şərhlər