Menu

İran vətəndaşlarının Naxçıvana gəlişi asanlaşdırılıb

22.09.2014, 09:15
İran vətəndaşlarının Naxçıvana gəlişi asanlaşdırılıb

Bu il sentyabrın 20-dən Naxçıvan Muxtar Respublikasına səfər edən İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş keçidin tətbiqinə başlanılıb.

AzərTAc-ın Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan verdiyi məlumata əsasən, indi İran vətəndaşları Naxçıvana sərhəd-keçid məntəqələrində 10 avro müqabilində rəsmiləşdirilən və muxtar respublika ərazisində 15 gün qalmaq hüququ verən giriş icazəsi əsasında səfər edə bilərlər.

Viza yalnız Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə səfər etmək hüququ verir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol