Kompüter texnologiyalarının sürətli inkişafı və internet şəbəkəsinin əhatə dairəsinin genişlənməsi ünsiyyət, inkişaf, insan həyatının asanlaşdırılması və yaşam keyfiyyətinin yüksəldilməsi istiqamətində böyük imkanlar açır. Lakin internet yalnız imkanlar toplusu deyil, həm də təhlükə mənbəyidir. Bu gün yüz milyonlarla insan internet istifadəçisidir ki, onların da böyük qismi ümumdünya “hörümçək torunun” təhlükələrindən xəbərdar olmayan uşaqlardır. Belə olan halda “kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusunun əhəmiyyəti artmağa başlayır. Kiber təhlükələrin qarşısının alınmasında əsas vasitələrdən biri gənc nəslin bu təhlükələrlə bağlı vaxtında məlumatlandırılması, insanlar və əşyaların İnternet vasitəsilə bağlandığı yeni rəqəmsal dövrə hazırlanmasıdır.

Qeyd edək ki, kibertəhlükəsizlik mövzusuna öz korporativ sosial məsuliyyət proqramlarında xüsusi diqqət ayıran layihənin rəqəmsal tərəfdaşı Azercell bu təşəbbüsü dəstəkləyərək, orta məktəblərə aylıq 10 GB internet paketli MiFi modemləri, şagirdlərə isə müxtəlif hədiyyələr təqdim edib.
Xatırladaq ki, Azercell şirkəti, 2016-ci ildə İnternetdə uşaqların təhlükəsizliyini təmin etmək üçün "Universal Mühafizə", "Android üçün Müdafiə" və "Valideyn Nəzarəti" xidmətlərini özündə cəmləyən "Azercell Plus Təhlükəsizlik" proqramını istifadəyə verib. Həmçinin Azercell 2018-ci ildən etibarən Bakıda və bölgələrdə uşaqlar, valideynlər və müəllimlər üçün “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlimlər keçirir.
Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz


Şərhlər