Menu

Gələn il üçün bələdiyyələrə 1 milyon manat subvensiya ayrılıb

24.10.2019, 13:58
Gələn il üçün bələdiyyələrə 1 milyon manat subvensiya ayrılıb

“Gələn ilin dövlət büdcəsi layihəsində bələdiyyələrə 1 milyon manat subvensiya ayrılması nəzərdə tutulub”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib.

A. Rəhimzadə deyib ki, subvensiya qaydasında məqsədli pul ayrılanda bu vəsaitin xərclənməsinə nəzarət də təmin olunmalıdır: “Milli Məclis və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bu vəsaitin xərclənməsinə nəzarəti həyata keçirəcək. Milli Məclisin Regional məsələlər komitəsinin müvafiq komissiyasında bu məsələ müzakirə olunacaq. Komitə bu vəsaitin hansı məqsədlər üçün ayrıldığı və məbləği barədə məlumatlıdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol