YPG/PYD terror qruplaşması “Barış Pınarı” əməliyyatı ərazisinə daxil olan Rasulaynda Türkiyə hərbçilərinə hücum edib.
Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dron və minaatanlarla təşkil olunan hücum nəticəsində 5 türk hərbçisi yaralanıb.
Türkiyə Milli Müdafiə Nazirliyi faktı təsdiq edib.
Nazirlik bildirib ki, hücuma müvafiq cavab verilib.
Nazirlik qarşı tərəfin itkiləri haqda isə açıqlama verməyib.


Şərhlər