Menu

Makedoniyalı İskəndəri öldürən səbəb tapıldı - Tarixi kəşf

25.10.2019, 10:21
Makedoniyalı İskəndəri öldürən səbəb tapıldı - Tarixi kəşf

Çoxillik araşdırma nəticəsində Makedoniyalı İskəndərin ölüm səbəbi müəyyən edilib.

Trend-in məlumatına görə, sərkərdənin ölüm səbəbi 1995-ci ildən alimlər tərəfindən tədqii edilir. Son araşdırmaları aparan Aristotel Universitetinin alimləri doktor Tomas Qerasimidisin rəhbərliyi altında belə qənaətə gəliblər ki, İskəndər pankreonekrozdan - mədəaltı vəzin kəskin iltihabından dünyasını dəyişib.

Alimlərin fikrincə, onun bu səbəbdən ölməsi şərab və yağlı yeməyə meyilli olması ilə əlaqədar ola bilər. Alimlər onun ömrünün son günlərini təsvir edən tarixi sənədlər əsasında belə qənaətə gəliblər ki, ölümdən öncə onda halsızlıq, qarın nahiyəsində güclü ağrılar, qızdırma olub ki, bu da məhz həmin xəsətliyin əlamətləridir.

Lakin bu vaxta qədər Makedoniyalı İskəndərin malyariya, pnevmaniya, yatalaq kimi xəstəlikdən dünyasını dəyişməsi barədə fikirlər səsləndiriblər.

Şərhlər

dadaşyev 2019-10-25 10:21:02

Makedoniyalı İskəndərin Hindistan səfərindən qayıdanda fars məşuqəsinin zəhər qatdığı şərabı içməsi səbəbindən öldüyü versiyası da var.Amma bu inandırıcı deyil,cəmisi 33 yaşında o zamankı dünyanın yarısına qədərini
hökmü altına alan sarışın,mavigözlü,pəhləvan cüssəli yaraşıqlı bir qəhrəmanı bir fars gözəli nə deyib öldürəcəkdi?Qoşulub qaçacağı misgər,dülgər,çerçeniya müəllimi,kolxoz sədri,baş çoban,kanditat nauk ondan üstünmü olacaqdı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol