Menu

BNA: Babək prospektində müntəzəm marşrut xətlərinin intervalında gecikmə var

25.10.2019, 10:52
BNA: Babək prospektində müntəzəm marşrut xətlərinin intervalında gecikmə var

Babək prospektində (maşın bazarının qarşısında) sıxılmış qaz borusunun daşınması zamanı əmələ gələn çətinlik nəqliyyat vasitələrinin hərəkətinə mane yaradıb.

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

BNA-dan verilən məlumata görə, hazırda Babək prospektində şəhər istiqamətində sıxlıq müşahidə edilir. Bu səbəbdən həmin ərazidən keçən müntəzəm marşrut xətlərinin intervalında da gecikmələr var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol