Bakıda klinikada 37 yaşlı qadın estetik əməliyyat zamanı ölüb.
“Report”un xəbərinə görə, hadisə oktyabrın 24-də Nəsimi rayonu ərazisində yerləşən “MedAura” klinikasında baş verib.
Belə ki, 1982-ci il təvcəllüdlü Pərvanə Ağayeva həmin klinikada həyata keçirilən estetik əməliyyat zamanı anesteziya edildikdən sonra dünyasını dəyişib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.


Şərhlər
Özəl klinikalar ölüm dəzgahına çevrilib.Nə yazıq ki adamlar hələ də özəl klinikalara üz tutur..