Menu

"Sağlam Yaşa” GMİB-nin regionlarda keçirdiyi tədbirləri başa çatıb - Foto

26.10.2019, 11:25
"Sağlam Yaşa” GMİB-nin regionlarda keçirdiyi tədbirləri başa çatıb - Foto

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi "Məişət zorakılığını yaradan səbəblər və onların aradan qaldırılmasına dəstək” mövzusundakı sonuncu tədbirini Siyəzən rayonunda keçirib. Rayon Mədəniyyət mərkəzində QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirilən tədbirdə gənclər, kitabxana, təhsil və səhiyyə işçilərinin nümayəndələri iştirak etmişlər.

Tədbiri rayon Gənclər və İdman idarəsinin rəis müavini Vüsal Alışov açaraq mövzunun müasir günümüz üçün çox aktual olduğunu qeyd etdi. Layihənin rəhbəri Tələt Qəribov çıxışında zorakılıq hallarının, ailədaxili cinayətlərin son dövrlərdə artmasının cəmiyyətimiz üçün narahatlıq doğurduğunu, bu sahədə Dövlətimizin gördüyü tədbirlər haqqında geniş məlumat verdi.

Regional QHT-lərin Siyəzən rayonu üzrə koordinatoru Məhəmməd İbrahimov, Mədəniyyət mərkəzinin direktoru Ziyadə Dadaşova, səhiyyə idarəsinin nümayəndəsi Vüsalə İsmayılova və başqaları çıxışlarında məişət zorakılığı hallarının aradan qaldırılması barədə öz fikir və təkliflərin səsləndirdilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol