Menu

Bakıda keçmiş məhkum mağazadakı yardım qutusundan pul oğurlayıb

26.10.2019, 13:02
Bakıda keçmiş məhkum mağazadakı yardım qutusundan pul oğurlayıb

Bakıda mağazadan pul oğurlanıb.

“Report”un xəbərinə görə, hadisə oktyabrın 23-də paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində baş verib.

Belə ki, saat 12:30 radələrində R.Zeynallıya məxsus yaşadığı ünvanda yerləşən mağazada yardım üçün nəzərdə tutulan qutudan 500 manat pul oğurlanıb.

Daha sonra R.Zeynallı hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü, keçmiş məhkum C.Novruzov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol