Bakı-Bakıxanov marşrutu üzrə hərəkət edən elektrik qatarları bir gün işləməyəcək.
Bu barədə Azərbaycan Dəmir Yollarından (AYD) məlumat verilib. Bildirilib ki, Böyük Şor-Bakıxanov mənzilində yerüstü piyada keçidinin dayaqlarının quraşdırılması ilə əlaqədar oktyabrın 27-də Bakı-Bakıxanov marşrutu üzrə işləyən elektrik qatarlarının hərəkəti bir günlük dayandırılacaq.
Elektrik qatarı oktyabrın 28-dən ənənəvi qrafik üzrə sərnişinlərin istifadəsində olacaq.


Şərhlər