Menu

"Tramp bu gün zəruri açıqlama verəcək" - Ağ Ev

27.10.2019, 09:14
"Tramp bu gün zəruri açıqlama verəcək" - Ağ Ev

ABŞ prezidenti Donald Tramp bu gün yerli vaxtla saat 9:00-da (Bakı vaxtı ilə saat 17:00-da - red) zəruri açıqlama verməyə hazırlaşır.

"Report" TASS-a istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"ABŞ prezidenti sabah səhər saat 9:00-da Ağ Evdən zəruri açıqlama verəcək", - deyə Ağ Evin yaydığı xəbərin mətnində bildirilir.

Daha əvvəl ABŞ lideri özünün "Twitter" səhifəsində çox əhəmiyyətli hadisə barədə paylaşım edib. Lakin Donald Tramp söhbətin nədən getdiyini açıqlamayıb.

ABŞ-ın bir sıra KİV orqanları mənbələrə istinadən İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin Suriyada öldürülməsi barədə xəbərlər yayıblar. Mətbuat güman edir ki, Ağ Ev rəhbəri bu hadisəni nəzərdə tutur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol