Menu

"Kremldə 7 rayonunun qaytarılmasına dair müzakirələr gedir...” - Rusiyalı politoloq

27.10.2019, 12:55
"Kremldə 7 rayonunun qaytarılmasına dair müzakirələr gedir...” - Rusiyalı politoloq

Azərbaycanın Qoşulmayanlar Hərəkatına qarşıdakı üç ildə sədrlik etməsi onun KTMT-də müşahidəçi statusu almasına maneə törətmir. Azərbaycan daxili və beynəlxalq problemlərə daha yaxşı reaksiya verə bilmək üçün bu blokda müşahidəçi statusunda təmsil oluna bilər.

Virtualaz.org xəbər verir ki, belə qənaətlə rusiyalı politoloq Yevgeni Mixaylov çıxış edib. Onun bildirdiyinə görə, Rusiya Bakıya KTMT-də müşahidəçi statusu almağı təklif edib ki, bu da Azərbaycana Qarabağ məsələsinin nizamlanmasında “real irəliləyiş” əldə etməyə imkan yarada bilər.

Politoloq iddia edib ki, hazırda Rusiya “Ermənistanın ən azı Dağlıq Qarabağ ətrafındakı yeddi işğal edilmiş rayonun “ Azərbaycana qaytarması, Dağlıq Qarabağın statusuna dair sonrakı danışıqların aparılması üçün tədbirlər görür.

“Məndə mötəbər məlumat var ki, Rusiya hökumətinin kuluarlarında bu məsələ ilə bağlı müzakirələr gedir”,-Mixaylov deyib.

Şərhlər

t.ədalət 2019-10-27 12:55:14

Yeddi rayonun qaytarılması ilə bağlı "rusiyalı politoloq"un adından yayılan informasiya ümidini itirmiş Azərbaycan xalqı üçün aldadıcı bir priyomdur.Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağı heç vaxt azad edə bilməyəcəyi haqqında xalqın fikrini çaşdırmaq üçün hazırlanıb.Axtarsan,bəlkə də Rusiyada elə bir "politoloq" da yoxdur.Dağlıq Qarabağ və ona bitişik ərazilərin qaytarılması Rusiya hökumətinin gündəliyində heç vaxt olmayıb.Əslində əraziləri işğal edən və ordusu ilə orada dayanan elə Rusiyanın özüdür.

Yenə o Qarabağlı 2019-10-27 12:55:14

Dünya dövlətlərinin baş qurumu-BMT TŞnın İnsan və Dövlət hüquqlarının operativ və qeyd şərtsiz bərpasını tələb edən həllindən 26 il ötüb, icrası qalıb. Ermənistanı sevən və dəstəkləyənlər hərbi işğalçıların Azərbaycan ərazisini təcili tərk etməsinə çağırmalıdırlar. Mövcud halda O, rəsmən hərbi genosid işğalçısıdır. KTMT başda olmaqla onun tərəfdaşları da Azərbaycanın "dolayı işğalçı"larıdır. BMT, TŞ və İrəvanın yenicə imzaladığı İnsan Hüquqları komissiyası Ermənistanı bir dövlət kimi BMTdən silməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol