Menu

Türkiydə daha 17 polis haqda saxlanma qərarı

22.09.2014, 14:48
Türkiydə daha 17 polis haqda saxlanma qərarı

Artıq 13 polis əməkdaşı saxlanılıb

Türkiyədə daha 17 polis əməkdaşının saxlanılması ilə bağlı qərar verilib.

ANS PRESS-in məlumatına görə, saxlanılan şəxslər polisləri qanunsuz olaraq təltif etməkdə günahlandırılır.

Ankara Prokurorluğunun "bəzi polislərə qanunsuz təltif verildiyi" iddiasıyla istintaq başladılıb.

Aparılan əməliyyat çərçivəsində Təltif Komissiyasındakı 17 polisdən artıq 13-ü saxlanılıb.

Qeyd edək ki, saxlanılan şəxslərin polisləri qanunsuz olaraq təltif etdiyi və bunun müqabilində pul aldığı iddia olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol