Menu

AZAL qış uçuş cədvəlini açıqladı

28.10.2019, 13:05
AZAL qış uçuş cədvəlini açıqladı

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) oktyabrın 27-dən etibarən qış uçuş cədvəli qüvvəyə minib.

Bu barədə AZAL-dan bildirilib.

Qış uçuş cədvəli çərçivəsində Bakıdan aşağıdakı istiqamətlər üzrə birbaşa reyslər həyata keçiriləcək:⠀⠀

- Almatı

- Ankara

- Antalya

- Pekin

- Berlin

- Dubay

- Gəncə

- İstanbul

- Ciddə

- Küveyt

- London

- Milan

- Moskva

- Naxçıvan

- Nyu-York

- Paris

- Sankt-Peterburq

- Tel-Əviv⠀⠀

Həmçinin 20-dən çox istiqamət üzrə uçuşlar "code-share" tərəfdaş aviaşirkətlər ilə birlikdə yerinə yetiriləcək. Gəncədən Bakı və Moskvaya reyslər, həmçinin Sankt-Peterburqa çarter reysləri həyata keçiriləcək. Lənkərandan Moskvaya birbaşa reyslər həftədə bir dəfə olmaq ilə davam etdiriləcək. Qış uçuş cədvəli 28 mart tarixinədək qüvvədə olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol