Menu

“Həkimlər Birliyi həkimlik peşəsinin nüfuzunu qaldıracaq” -  Yeni modelin əsas prinsipləri açıqlandı

28.10.2019, 16:05
“Həkimlər Birliyi həkimlik peşəsinin nüfuzunu qaldıracaq” -  Yeni modelin əsas prinsipləri açıqlandı

Ötən saylarımızın birində Azərbaycanda Həkimlər Birliyinin (HB) yaradılması təklifilə çıxış edən tibb elmləri üzrə fəlsəfə doktoru, Avropa endoskopik cərrahlar birliyinin üzvi, ali dərəcəli cərrah Qafar İskəndərov belə bir modelin bir çox ölkələrdə mövcud olduğunu demişdi.

Bu qurumun yaradılması üçün dövlətin də dəstəyini vacib hesab edən Q.İskəndərov onu həm həkimlərin, həm də vətəndaşların xeyrinə olacağını bildirmişdi. Eymi zamanda yaradılacaq qurumun Səhiyyə Nazirliyinə çox böyük yardımı olacağını demişdi.

Q.İskəndərov sözügedən modelin yaradılıması üzərində çalışacaq işçi qrupuna öz tövsiyələrimi verəməyə hazır olduğunu da vurğulamışdı.

Növbəti dəfə “AzPolitika.info”ya müraciət edən Q.İskəndərov HB-nin əsas vəzifələrilə bağlı öz fikirlərini çatdırıb. O, müraciətində qeyd edir ki, Azərbaycan Respublikasının Həkimlər Birliyinin yaradılması tamamilə yeni bir ideyadır: “Əvvəllər respublikamızda müxtəlif analoji qurumlar yaradılmış, lakin həkimlərin biganəliyi və digər çoxsaylı səbəblər üzündən fəaliyyət göstərə bilməmişdir. Bizim təklif etdiyimiz bu birliyin Azərbaycanda mövcud olan asossasiya, cəmiyyət və birliklərdən tamamilə fərqli bir funksional qurum olacağı nəzərdə tutulur. Güman edirəm ki, bu qurumun yaradılmasında həkimlər yaxından iştirak etməlidir. Əslində, bu birliyin ümdə vəzifələrindən biri qanunlar çərcıvəsində həkimlərin hüquqlarının müdafiəsini daha effektiv şəkildə qurmaq, həkimlik peşəsinin cəmiyyətdə nüfuzunu yüksəltməkdir. Bundan əlavə HB həkim və xəstə münasibətlərinin sağlamlaşdırılmasına, həkimlərin peşə bacarıqlarının yüksəldilməsinə, hüquq müstəvisinə yüksəlmiş münaqişələrin obyektib həllinin tapılmasına da yardımçı olacaqdır. HB həkimlərin peşə sığortasının həyata keçirilməsini də əsas fəaliyyət növlərindən biri hesab edir.”

Q.İskəndərov yaradılacaq birliyin əsas prinsiplərini aşağıdakı kimi qruplaşdırıb:

1. Azərbaycan Respublikasında fəaliyyət göstərən hər bir həkimin ixtisasından, elmi dərəcəsindən, tutduğu vəzifəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq Azərbaycan Respublikası Həkimlər Birliyinin (AR HB) üzvü olması birbaşa onun mənafeyinə xidmət edəcək.

2. AR HB həkimlərin ödədiyi üzvlük haqqı, peşə fəaliyyətinin sığortalanması vəsaiti, ianələr və qrantların hesabına fəaliyyət göstərməsi nəzərdə tutulur.

3. AR HB qanunlar çərçivəsində öz üzvlərinin səmərəli peşə fəaliyyətinin və lazım gəldikdə, hüquq müstəvisində onların haqlarının qorunması məqsədilə müvafiq strukturlarla əməkdaşlıq edəcək, bütün üzvlərin peşə fəaliyyətinin sığortalanmasını həyata keçirəcək.

4. AR HB qeyri-hökumət təşkilatı kimi müntəzəm olaraq metodik tövsiyyələr hazırlayıb Səhiyyə Nazirliyinə təqdim edəcək.

5. Həkimlərin tibbi yönümlü xarici təşkilatlarla əlaqələrinin yaradılmasında, qrant çərçivəsində fəaliyyət göstərən proqramlarda, tədqiqat işlərində iştirakın təmin edilməsində hüquqi, texniki və təşkilati dəstək baxımından yardımçı olacaqdır.

6. Hüquq müstəvisində araşdırılan mübahisəli situasiyaların, şikayətlərin və digər analoji halların obyektiv araşdırılmasina yardımçı olacaq.

7. Qurumun fəaliyyəti haqda hesabat mütəmadi olaraq Kütləvi İnformasiya Vasitələri ilə ictimaiyyətə açıqlanacaq.

8. Birliyin İdarə Heyəti bütün bölgələr üzrə təmsil olunmaqla yerli həkimlərdən təşkil olunacaq.

9. Qurumun sədri və İdarə Heyəti seçki yolu ilə seçiləcək və Nizamnamə çərçivəsində fəaliyyət göstərəcək.

Q.İskəndərov sonda həkimlərə müraciət edərək, bu prosesə aktiv şəkildə qoşulmalarını istəyir: “Hörmətli həkimlərə müraciət edərək bildiririəm ki, AR HB ilə bağlı fikirlərini aşağıdakı internet ünvanı vasitəsiə çatdıra bilərlər: dr.anb2019@gmail.com . Eyni zamanda, bu qurumun yaradılması və onun nizamnaməsinin hazirlanmasında bizə yardımçı ola bilərsiniz.”

AzPolitika.info

Şərhlər

NURəddin 2019-10-28 16:05:58

Həkimləri heç bir vəchlə adət edikləri əməldən ayırmaq mümkün olmayacaqdır.Onlara dünyanın pulunu versələr də xeyri yoxdur.Ən yaxşısı həkimləri məvacibdən azad etməkdir. Qoy peşəkar həkimlər irəli çıxsın. Özü halal zəhməti ilə qazansın.Aralarında rəqabət yaransın. Xəstəni səhv müalicə edəndə də böyük miqdarda konpensasiya ödəməklə həbs edilsinlər. Bundan yaxşı, bundan sağlam və bundan ədalətli yol yoxdur. Birlik yarananda guya nə olacaq ki. O qədər birliklər tanıyırıq ki,...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol