Milli Məclisin deputatı Xanhüseyn Kazımlının sosial şəbəkələrdə yayılan videosu birmənalı qarşılanmayıb.
Unikal.org-a açıqlama verən deputat sosial şəbəkə istifadəçilərinin kəskin reaksiyasını anlamadığını bildirib:
"Ay qardaş, mən büdcə haqqında bir şey deməmişəm axı. İnsanların məni niyə tənqid etdiyini anlamıram. Həmin çıxışımda xoşagəlməz fikir səsləndirməmişəm. İnsanlar söhbətin nədən getdiyini bilmədiyi halda məni tənqid etməsinlər".


Şərhlər
Aaaa!Deyir insanların məni niyə tənqid etdiyini anlamıram.Türklər demiş,anlasaydın şaşardık yani.Ağıllı-kamallı gənclərin acından günorta durduğu məmləkətdə sən yaşda olanlara on illərlə əcaib dərəcədə super firavan həyat qismət etdiriləndə demək ki sonu belə olurmuş.Dəniz səyahətinə ilk dəfə çıxanlarda dəniz xəstəliyi olur.Bunlarınkı isə dünya təbabətində yeni xəstəlikdir:Məclis xəstəliyi.On illərlə kresloya yapışırlar,qopammırlar deyə biri üzməkdən danışır,biri deyir aktivəm,biri saatda 6 km qaçır.
Mən bu adamln siyasi fəaliyyətinə qiymət verməkdə səlahiyyətli deyiləm.Amma videodan müşahidə etdiyim budur ki,bu "Alsgeymer" xəstəsidir.Bunun müalicəsi yoxdur.Hətta Reyqan kimi ABŞ prezidenti də buna düçar oldu.Xəstəyə isə gülməzlər.Başqa məsələ ki,bunu bilən yaxınları,MM-nin məsul şəxsləri bunu gizli saxlamaq şərtilə buna imkan verməməlidilər.Ərizə yazardılar əvəzində ki,çağırışlara qoşulub könüllü gedirəm,həmyaşıd həmkarlara da nümunə kimi alınardı.Hörmət,alqış da öz yerində
yap pozor
Yenə günahkar biz olduq...Sən nə demək istədiyini özündən savayı bircə adam başa düşə bilmirsə kimdir günahkar? ...
Nə istəyirsiniz bu «alimdən» axı o, dediyi kimi çıxışında xoşagəlməz fikir səsləndirməyib, Yengibar dediyi kimi sayıqlayıb. Məntiqidir, uzuuuun müddət deputat olanda beyində xoşagəlməz təbəddülatlar baş verir. Çünki 1995-ci ildən bu günədək millət dərdi çəkdiyinə, xalqın vəziyyətini düşündüyünə görə beyni bu günə düşüb. Üstəgəl milyonluq mülkünün məhkəməsi getdiyinə görə davlennisi və tempraturu da qalxıb. Tərslikdən əvəzolunmaz və dərdli deputat kimi ona bu tarixi, dərinməzmunlu çıxış da tapşırılıb.
Kul o budcenin bashina ki bunu bele deputat muzakire edib tesdiq edir! Oglu Fexri de bunun tayidir Ipoteka fondunun pullarin dagidib indi yiga bilmir!
Məncə bir qədər sərxoş idi.
100 faiz bunu yenidən deputat təyin edəcəklər. Çünki YAP-a belələrinin deputat olması sərf edir.
Kişi sayıqlayırmış da, burda nə var?
Hörmətli deputat axı nə danışdıgınızı heç kim başa duşmur.Bu qədər də ona görə, ona görə demək olmaz axı. Ona görə deyirsiniz, amma nəyə görəni demirsiniz.Otuzuncu ildən danışırsınız, 194-cu yerdən, 74 -cu yer deyirsiniz. Bu nəyin muqayisəsidir, belə.İnana bilmirəm ki, siz iqtisadiyyat professoru və muəllimsiniz.Deputat olmagınıza isə inanıram. Deputatlıq danışmaq deməkdir. Siz də danışa bilmirsiniz.İnanıram ki, elə bu xususiyyətlərinizə görə biləsuvarlılar yenidən sizi deputat görmək istəyərlər.
2.22 dəqiqə ərzində bu alim "ona görə də,ona görə də" sözlərindən başqa heç nə demədi...