Deputat Ağacan Abiyev həmkarı Arif Rəhimzadənin "50 metrlik hovuzu 20 dəfə üzüb qayıdıram, niyə deputat olmayım ki?" açıqlamasına münasibət bildirib.
Abiyev "Ölkə.Az"-ın əməkdaşı ilə söhbətində bildirib ki, fiziki hazırlığın yaşla əlaqəsi yoxdur:
"Məncə, fiziki hazırlığın yaşla əlaqəsi yoxdur, bir növ adət etməkdən asılıdır. Əgər cavanlıqdan məşq edibsə, bu, ona çox kömək olacaq. Praktiki məşğul olmaq lazımdır. Ayda bir dəfə qaçmaq, üzmək adama xeyir verməz.
Mən özüm hər səhər 15-20 dəqiqə saatda 6 km sürətlə qaçıram. Əvvəl 10 dəqiqə gimnastika edirəm, əzələlərimi qızışdırıram. Sonra 20 dəqiqə qaçıram, ondan sonra 10 dəqiqə gəzişirəm, axırda duş qəbul edib, oluram cavan oğlan.
Əməkdaşımızın "Sizcə deputatlarımızın arasında sizdən, Arif müəllimdən başqa idmanla məşğul olan var?”,-sualına Ağacan Abiyev "Bu barədə dəqiq məlumatım yoxdur" deyərək cavab verib.
Qeyd edək ki, A.Rəhimzadə musavat.com-a müsahibəsində bildirib ki, yenidən deputat olmaq üçün bütün göstəricilərə sahibdir:
50 metrlik hovuzu 20 dəfə üzüb qayıdıram. Dənizdə də üzürəm, amma arabir. Hesab edirəm ki, yaddaşım yerindədir, beynim işləyir, fiziki cəhətdən də sağlamam. Odur ki, 2020-ci ilə kimi belə davam etsə, şübhəsiz ki, seçkidə iştirak edəcəyəm".


Şərhlər
KEFİN OLSUN AĞACAN MÜƏLLİM HARA DOĞRU QACIRSAN?
Nə olsun ki sən 19 km üzə bilirsən. Zato mən 50 dəfə dombalaq aşıram və dayanmadan 1 saat vəzifəli məmurların sağlığına tost deyirəm. Maa elə gəlir ki ikimiz eyni seçki dairəsindən namizədliyimizi versək uca millətimiz məni seçər.
Birazdan bunlar idman klublarindan idmanci olmalarina dair " spravka" da alacaqlar, teki deputat "secilsinler"!
Hörmətli ağsaqqallar,Milli Məclis idman zalı deyil!İdmanla məşğul olmaq üçün ölkəmizdə tutarlı sayda idman zalları,stadionlar,hovuzlar var.
Müqayisə üçün deyim ki, hepard saatda 120 km sürətlə qaçır.
Amma o deputatlığa iddialı deyil.
metamorfoza men 19 km uze bilirem, goren deputat ola bilerem
Yooox,bax bu olmadı.Daldala üzməklə,paraşütdən təkayaq atılmaqla,sol əli pencəyin sağ cibinə qoyub sağ əllə sol tərəfdən pambıq yığmaqla,buzlu yolda avtobusun dalından bir ayaqla tutub obiri ayaqla sürüşə-sürüşə işə getməklə,motosikleti qabaq təkəri üstə sürməklə,təbii ki,deputat olmaq olar,çünki nəsə qeyri-adilikdi,başqa nə üstünlüyünüz ola bilər ki?Amma qaçmaqnan heç bir şansın yoxdu vallah.Qaçmağa ümid olma,onu bizdə bacarmayan yoxdu.Lazım gələndə elə qaçırıq ki,Üseyin Bolt utandığından qaçmağı buraxır.
Təklif edirəm ki,ölkəmizdə DÜNYADA İLK OLARAQ (həm də ANALOQU OLMAYAN) yarış-yaşı 60-dan yuxarı deputatların BİRİNCİ OLİMPİRA OYUNLARI KEÇİRİLSİN. Kim bərk qaçırsa o da deputat olsun.Yəni həm AVANTURİST idman yarışlarına, həm DEPUTAT seçkilərinin keçirilməsinə büdcənin milyardları dagıdılmır, həm müxalifət seçki bəhanəsi ilə fəallaşmır day cırt-pırt edə bilmir,həm də BÜTÜN DÜNYANIN GÖZÜ BİZDƏ OLUR.Ucuz həm də sərfəlidir...
Piyadanın aramla orta yeriş surəti standart olaraq saatda 6km qəbul olunur.Hörmətli deputatımız da deyir ki, mən saatda 6km surətlə qaçıram.Hörmətli Agacan muəllim dediyinizi anlamaq olmur,axı.Hörmətli iqtisad professorumuzun da çıxışları yayımlandı və hamı guldu.Hacı olmasaydı deyərdim ki, təsir altında oldugundan danışa bilmir. Danışanda məntiqə fikir verin də.