Menu

Fədayə Laçın jurnalistlər üçün mahnı ifa edib - "Oxumaqdan ötrü ürəyim gedir"

29.10.2019, 11:39
Fədayə Laçın jurnalistlər üçün mahnı ifa edib - "Oxumaqdan ötrü ürəyim gedir"

"Azadlığa çıxdığıma görə çox sevincliyəm. Azadlıq çox gözəl hissdir".

"Report" xəbər verir ki, bunu bu gün Bakı İstintaq Təcridxanasından azadlığa buraxılan müğənni Fədayə Laçın jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bundan sonra da sənətini davam etdirəcək: "Oxumaqdan ötrü ürəyim gedir. İki ildir ki, səhnəyə çıxmağımı gözləyirəm".

Daha sonra F.Laçın jurnalistlər üçün "Şirin anlar" mahnısını ifa edib.

Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib və o, bu gün azadlığa buraxılıb.

Şərhlər

t.ədalət 2019-10-29 11:39:05

Allah həbsxanalarda yatanların hamısının qapısını açsın!

dadaşyev 2019-10-29 11:39:05

Həmişə azadlıqda,sevimli Fədayə xanım.Həmişə evində eşiyində.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol