Menu

ABŞ "S-400 rıçaqı»ndan əl çəkmir! - «Ya geri qaytarın, ya da demontaj edin…»

29.10.2019, 15:49
ABŞ "S-400 rıçaqı»ndan əl çəkmir! - «Ya geri qaytarın, ya da demontaj edin…»

Amerika Birləşmiş Ştatları (ABŞ) hələ də Türkiyə ilə S-400 zenit-raket kompleksləri (ZRK) ilə bağlı danışıqları davam etdirir və tələb elir ki, Ankara bu qurğulardan imtina etsin. Bu barədə oktyabrın 25-də ABŞ Dövlət Departamentinin adının çəkilməsini istəməyən yüksək məqamlı əməkdaşı xəbər verib («Röyter»).

Onun sözlərinə görə, Vaişnqton xahiş edir ki, Türkiyə artıq əldə olunmuş ZRK sistemini Rusiyaya geri qaytarsın və ya onu demontaj etsin.

Agentliyin həmsöhbəti qeyd edib ki, bu məsələ də Ankara ilə Vaşinqton arasındakı mövcud problemlərin həlli çərçivəsində müzakirə olunur.

Mənbənin məlumatına görə, ABŞ, əvvəlki kimi, Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə hazırdır - bu dəfə «Amerikanın rəqiblərinə qarşı yönəlmiş sanksiyalar haqqında» Qanun çərçivəsində.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, S-400 sistemlərinin tədarükü birmənalı olaraq, Ankara ilə Vaşinqton arasında münasibətlərə xələl gətirməməlidir. Onun sözlərinə görə, S-400 kompleksləri müdafiə məqsədilə nəzərdə tutulub və Ankaranın onlara ehtiyacı var.

Prezident xatırladıb ki, Rusiya istehsalı olan ZRK-lar (S-300 - red.) Yunanıstanda, Bolqarıstanda və Slovakiyada da yerləşdirilib. Onlar da Türkiyə kimi NATO üzvləridir. «Yəni uyğun silahlar həmin ölkələrdə normal sayılır, iş Türkiyəyə gəlincə, situasiya dəyişir. Maraqlıdır, nə üçün?» - deyə, Ərdoğan sual verir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol