Menu

Palata Vahid Əhmədovun fikirlərini yaşı ilə əlaqələndirdi - AÇIQLAMA

29.10.2019, 16:50
Palata Vahid Əhmədovun fikirlərini yaşı ilə əlaqələndirdi - AÇIQLAMA

Maliyyə Bazarlarına Nəzarət Palatası Vahid Əhmədovun səsləndirdiyi fikirlərə münasibət bildirib.

Maliyyə Bazararına Nəzarət Palatasının Mətbuat katibi Elşən Allahverdiyev "Marja"ya bildirib ki, Vahid Əhmədov ağsaqqaldır və yaşına görə bu kimi subyektiv fikirlər səsləndirməsi normaldır:

"Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə yaradılmışdır. Qurumun ləğvini və yenidən təşkilini də məhz Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Vahid Əhmədovun fikirlərinə gəlincə, o ağsaqqaldır və yaşına görə bu kimi subyektiv fikirlər səsləndirməsi normaldır".

Xatırladaq ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası lüzumsuz orqandır:

“Onun ayrıca fəaliyyət göstərməsinə heç bir ehtiyac yoxdur. Onsuz da Mərkəzi Bank o fəaliyyəti yerinə yetirir. Ümumilikdə bu 3 qurumun birləşdirilməsi mümkündür. Hətta bu optimallaşdırma siyasətinin bank sisteminin sağlamlaşdırılmasında böyük əhəmiyyəti ola bilər. Faktiki olaraq pul-kredit siyasətini həyata keçirən Mərkəzi Bankdır. Bütün xəzinə də buradadır. Belə optimallaşdırma siyasətinin aparılmasını düzgün hesab edirəm. Bu, daha çox Azərbaycan iqtisadiyyatının inkişafına səmərə verə, hətta bank sisteminin dirçəlməsində müəyyən rol oynaya bilər”.

Qeyd edək ki, millət vəkili Vahid Əhmədovun 72 yaşı var.

Şərhlər

Köntö 2019-10-29 16:50:16

Məncə Maliyyə Bazararına Nəzarət Palatasının Mətbuat katibi Elşən Allahverdiyev cavandır, yəqin yaşına görə bu kimi subyektiv fikirlər səsləndirməsi normaldır.Cənab mətbuat katibi, Maliyyə Bazararına Nəzarət Palatası barədə fikir və təklifləri sıradan biri deyil, iqtisadçı millət vəkili Vahid Əhmədov səsləndirib və fikrimcə bu sırf onun səlahiyyəti daxilində olan məsələdir.Hörmətli Prezdentimiz islahatlara start verdiyi bu mərhələdə Elşən Allahverdiyevin fikrləri məncə yersizdir. Əlbətdə ən son qərarı Prezdentimiz verəcək.Elşən Allahverdiyev, Maliyyə Bazararına Nəzarət Palatasının keçmiş sədri Rüfət Aslanlının törətdiyi neqtiv hərəkətlər hələ heç kimin yadından çıxmayıb.

dr.Amirov 2019-10-29 16:50:16

Cənab V.Əhmədovun CƏMİYYƏTİMİZ üçün gərəkli olması əksəriyyətə məhlimdir--"qlobalizm" sevgisinə mübtəla olmasına baxmayaraq...

AAgahuseyn 2019-10-29 16:50:16

Vahid müəllim cox bacarıqlı,savadlı,yüksək intlektə malik,müasir dövrün təlabatına cavab verə bilən hər tərəfli iş qabliyətinə malik bir mütəxəssisdir.Cənab Prezident onun imkanlarından istifadə etsə xalqa və vətənə fayda verər.

Veteran 2019-10-29 16:50:16

Hesab edirem Vahid muellimin yaşi ve fikirleri duz mutenasibdir, yeni deputat haqqi olaraq bildirib ki, seherin acilmasi ucun xoruzun movcudluğu vacib deyil!

Fəxrəddin 2019-10-29 16:50:16

uşaq baxçası! Sənin Vahid Əhmədov qədər nə biliyin.nə savadın nə də dünya görüşün var.Onun fikirlərini və dediklərini Sizlərdə analiz etmək qabiliyyətinizin olması mümkünsüzdür!Öz zəifliyinizlə ölkəni və onun maliyyə sistemini oyuncağa çevirdiyinizi belə düşünmək qabiliyyətiniz yoxdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol