Menu

Bakıda avtomobil motosikletlə toqquşub, xəsarət alan var

29.10.2019, 20:33
Bakıda avtomobil motosikletlə toqquşub, xəsarət alan var

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə zamanı "BMW" markalı minik avtomobili 1961-ci il təvəllüdlü Göyüşov Məmməd Sabir oğunun idarə etdiyi motosikletlə toqquşub.

Nəticədə motosikletçi xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona ayağın sınığı, üzün əzilmiş-sıyrılmış yaraları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol