Menu

Ağdaşda avtomobil hasara çırpılıb, 4 nəfər ağır xəsarət alıb

29.10.2019, 21:30
Ağdaşda avtomobil hasara çırpılıb, 4 nəfər ağır xəsarət alıb

Ağdaş rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 20:30 radələrində Bakı-Qazax yolunun Ağdaşın Ləki qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ 2106" markalı minik avtomobilinin yoldan çıxaraq hasara çırpılması nəticəsində Tərtər rayon sakinləri, 1968-ci il təvəllüdlü Yusifov Etibar Qədir oğlu, 1972-ci il təvəllüdlü Hüseynov Muradxan İsa oğlu, Kəlbəcər sakini, 1971-ci il təvəllüdlü Şahbazov Şəmsəddin Hüseyn oğlu, Bərdə sakini, 1967-ci il təvəllüdlü Abışov Muxtar Qaçay oğlu ağır xəsarətlər aldığı üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol