Menu

Bakıda MDB Müdafiə Nazirləri Şurasının iclası başlayıb

30.10.2019, 11:23
Bakıda MDB Müdafiə Nazirləri Şurasının iclası başlayıb

Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası başlayıb.

APA-nın xəbərinə görə, iclasda Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu, Belarusun Müdafiə naziri general-leytenant Andrey Ravkov, Qazaxıstanın Müdafiə naziri general-mayor Nurlan Yermekbayev, Özbəkistanın Müdafiə naziri general-mayor Bahodir Kurbanov, Tacikistanın Müdafiə naziri general-polkovnik Mirzo Şerali və Qırğızıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Rayimberdi Duyşenbiyev iştirak edirlər.

İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol