Menu

Gülalıyevin düşdüyü yol qəzasının siyasiləşdirilməsi cəhdləri — VİDEO

30.10.2019, 12:28
Gülalıyevin düşdüyü yol qəzasının siyasiləşdirilməsi cəhdləri —  VİDEO

Xəbər verdiyimiz kimi, Milli Şura Koordinasiya Mərkəzinin üzvü Oktay Gülalıyevi piyada keçidindən keçən zaman maşın vurub. Qəzadan dərhal sonra onu 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdiriblər. Hazırda o həkim nəzarəti altında müalicə olunur.

Demokrat.az-ın məlumatın görə bu, tamamilə qəza hadisəsi olub. Ancaq Milli Şura üzvləri hadisədən  şou düzəltməyə çalışıblar: "Radikal müxalifət hər gün ölkədə onlarla sayda baş verən bu cür avtomobil qəzalarından belə öz mənafeyləri üçün yararlanmaq və xalqı növbəti dəfə aldatmaq istəyirlər. Halbuki, bu hadisənin ilk şahidlərindən olan şəxslər məhz Oktay Gülalıyevin dostu və əqidə yoldaşları - jurnalist Şirin Cəfərli və tanınmış blogger Mehman Hüseynov olub. Hətta, sözügedən qəza ilə bağlı Mehman Hüseynov Şirin Cəfərlidən video-müsahibə də alıb".

Həmin müsahibəni təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol